Uels millisinin Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla bağlı müzakirələr aparılıb
Bakı, 8 may, Nicat Məmmədov, AZƏRTAC
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Bakı Olimpiya Stadionunda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ilə görüşüb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, görüşdə AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda AVRO-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil çəkdirib.