UKMTO: İraq sahillərində tankerdə yanğın baş verib
Bakı, 26 oktyabr, AZƏRTAC
İraq sahillərində tankerdə yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin bildirdiyinə görə, İraqın Fao liman şəhərindən 63 dəniz mili cənub-şərqdə yerləşən tankerdə yanğın baş verməsi ilə bağlı üçüncü tərəf mənbələrindən çoxsaylı məlumatlar daxil olub.
Hazırda ekipaj üzvlərinin vəziyyəti, tankerə dəyən ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri barədə məlumat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:59]
Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
- 27.10.2026 [10:32]
İsraildə parlament seçkiləri keçirilir
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]