UKRAYNA 2008-Cİ İLDƏ NATO-YA ÜZV OLA BİLƏR
ABŞ-ın Ukraynadakı səfiri Karlos Paskual Kiyevdə keçirilən “Ukraynanın NATO-ya inteqrasiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masada bəyan etmişdir ki, Ukrayna NATO-ya 2008-ci ildə daxil ola bilər.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, Amerikanın yüksək vəzifəli diplomatının sözlərinə görə, artıq 2004-cü ildə NATO-nun sammitində yeni üzvlərin qəbul olunması ilə yanaşı, alyansın genişlənməsinin üçüncü mərhələsi haqqında məsələ qaldırıla bilər. Beləliklə, 2008-ci ildə keçiriləcək zirvə görüşündə NATO-ya yeni üzvlər, o cümlədən Ukrayna da daxil ola bilər. Bunun üçün hər şey Ukraynanın özündən asılıdır.
Qeyd edək ki, rəsmi Kiyev NATO-ya inteqrasiyaya olunmaq kursunu fəal surətdə həyata keçirir. Prezident L.Kuçmanın sərəncamı ilə nüfuzlu siyasətçi və tanınmış alim Vladimir Qorbulinin rəhbərliyi altında Ukraynanın NATO-ya İnteqrasiyası Məsələləri üzrə Milli Mərkəzin yaradılması bu istiqamətdə yeni bir addımdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [17:30]
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]