UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİ MƏCLİSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Qurultay xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, icma və birliklərin vahid məqsəd ətrafında birləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması kimi mühüm məsələlərin həllini diaspor təşklatlarının qarşısında əsas vəzifə olaraq qoymuşdur. Bütün bunları nəzərə alaraq, Ukraynada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyət proqramının əsas hissəsi olacaqdır.
Ukrayna Azərbaycanlıları Konqresinin Məclisində Xarkovda fəaliyyət göstərən bir neçə Azərbaycan icmasının vahid təşkilatda birləşməsi də təqdir olunmuş, bu prosesin daha sistemli xarakter alması üçün təşkilatın bu sahədəki fəaliyyətinin genişləndirilməsinə ehtiyac olduğu vurğulanmışdır.
Məclis üzvləri hazırki dövrdə UAK-ın qarşısında duran məqsəd və vəzifələr, regional təşkilatların fəaliyyətinin və əlaqələrinin gücləndirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparmışlar.
Ukrayna Azərbaycanlıları Konqresi Məclisinin iclasında təşkilatın qarşısında duran problem və vəzifələri, həmçinin bir sıra təşkilati məsələləri müzakirə etmək məqsədi ilə növbədənkənar hesabat-seçki konfransının keçirilməsi barədə qərar qəbul edilmişdir. Məclis üzvlərinin yekdil rəyi əsasında hesabat-seçki konfransının 2006-cı ilin iyunun 28-dək keçirilməsi qərara alınmışdır.
Konfransda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da iştirak edəcəyi gözlənilir.