Ukrayna kənd təsərrüfatı ilinin əvvəlindən bəri 17,2 milyon ton taxıl ixrac edib
Bakı, 28 noyabr, AZƏRTAC
Ukrayna 2022/2023-cü kənd təsərrüfatı ilinin əvvəlindən noyabrın 28-dək 17,19 milyon ton taxıl məhsulu ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Məlumata görə, bu, öncəki il qeydə alınan göstəricidən 31,9 faiz azdır. Belə ki, 2021-ci il iyulun 1-dən noyabrın 28-nə qədər ixrac olunan taxıl məhsullarının həcmi 25,26 milyon ton təşkil etmişdi.
Kənd təsərrüfatı ilinin əvvəlindən bəri Ukraynadan 9,13 milyon ton qarğıdalı (1,7 dəfə çox), 6,64 milyon ton buğda (2,2 dəfə az), 1,36 milyon ton arpa (3,6 dəfə az), 11,5 min ton çovdar (6,7 dəfə az) və 52,5 min ton un (0,8 faiz çox) ixrac olunub.
Noyabrın əvvəlindən indiyədək isə ölkədən 3,99 milyon ton dənli bitki, o cümlədən 1,64 milyon ton buğda, 2,07 milyon ton qarğıdalı, 252 min ton arpa, 5 min ton çovdar və 14,3 min ton un ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]