Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirir
Bakı, 15 may, AZƏRTAC
Ukrayna Nazirlər Kabineti ölkəyə idxalı qadağan olunan Rusiya məhsullarının siyahısını genişləndirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Vladimir Qroysman Nazirlər Kabinetinin iclasında bildirib. Onun sözlərinə görə, qadağalar yalnız Ukraynada istehsal olunan və ya alternativ çatdırılması mümkün olan məhsullara şamil ediləcək.
Ukraynanın birinci vitse-prezidenti Stepan Kubiv qadağalara gübrə, kənd təsərrüfatı, nəqliyyat, sement və faner kimi məhsulların məruz qaldığını deyib. Kubiv bu addımın “təcavüzkar ölkəyə” kapital axınının qarşısının alınması, həmçinin mövcud iş yerlərinin qorunması və yenilərinin açılması üçün atıldığını deyib.
Bundan başqa, Kiyev avqustun 1-dən Rusiyadan idxal olunacaq məhsullara xüsusi rüsum tətbiq edəcək. Ukrayna İqtisadiyyat Nazirliyi tədbirlərin kömür, koks, benzin, maye qaz və əczaçılıqdan başqa bütün məhsullara təsir göstərəcəyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]