Ukrayna və Xorvatiya uzunmüddətli dəstək və əməkdaşlıq haqqında saziş imzalayıblar
Kiyev, 10 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç uzunmüddətli dəstək və əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə AZƏRTAC Zelenskinin ofisinə istinadla xəbər verir.
Xorvatiya ilə saziş də Ukraynanın təhlükəsizliyinə dair digər sazişlər kimi 10 il müddətinə qüvvədə olacaq. Bu saziş ilə Xorvatiya müharibədə qələbə çalana qədər Ukraynanı dəstəkləmək borcunu təsbit edir.
Digər məsələlərlə yanaşı, söhbət iki ölkənin müdafiə-sənaye kompleksləri arasında əməkdaşlıqdan gedir. Ölkələr, həmçinin rəqəmsal dayanıqlıq və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əlaqələri möhkəmləndirmək və kəşfiyyat məlumatları mübadiləsi imkanlarını araşdıracaqlar.
Ümumilikdə, Ukrayna artıq 20-dən çox ölkə ilə təhlükəsizlik haqqında sazişlər bağlayıb, onların arasında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Niderland və digər Avropa dövlətləri yer alıblar.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev