Ulu öndər Heydər Əliyev xalqın qəlbində əsrlərboyu yaşayacaq
Bakı, 11 may, AZƏRTAC
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Ümummilli lider Heydər Əliyevi xalqını xilas etmək kimi ali iradəni yerinə yetirməkdən heç nə, heç bir qüvvə saxlaya bilmədi.
Bu sözləri ehtiyatda olan polis generalı Həsən Şirinov AZƏRTAC-a açıqlamasında deyib. O bildirib ki, Ulu Öndər xalqının milli ruhunun dirçəlişində mühüm rol oynayaraq, yeni müstəqil Azərbaycan dövlətini qurdu və müstəqilliyinin təhlükəsizliyini təmin edəcək siyasi kursunu müəyyən edərək, gələcək xoşbəxtliyinin təməlini qoydu: “Onun siyasi fitri istedadının gücü və əzəməti həmkarları üçün bu gün də, bir sirr kimi əlçatmaz olaraq qalır. Siyasi güc və qüdrət rəmzi olan o böyük şəxsiyyət mənim idealımdır! Ulu öndər Heydər Əliyev müdrik Azərbaycan xalqının qəlbində əsrlərboyu yaşayacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]