REGİONLAR
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə İsmayıllıda onlayn müsabiqələr keçirilir
![](/files/galleryphoto/2020/2/1200x630/1588612063138468640_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886120633008347182_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1588612063647458335_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886120632701565417_1200x630.jpg)
İsmayıllı, 4 may, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabe müəssisələri ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn müsabiqələr keçirir.
Regional mədəniyyət idarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ölkəmizdə tətbiq edilən karantin rejimi şəraitində bu gün yeniyetmələrin və gənc nəslin Vətənə məhəbbət, Azərbaycan tarixinə, mədəni irsinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, istedadlıların dəstəklənməsi ümdə məsələdir. Hər bir yeniyetmə və gənc adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan ümummilli lider Heydər Əliyevin böyüklüyünün, öz dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməlidir. Ulu öndər Heydər Əliyev sözün əsl mənasında həyatının mənasını xalqa və dövlətə xidmətdə görən, bu amal uğrunda ən çətin maneələrə, problemlərə sinə gərən millət fədaisi idi. Məhz müsabiqələrdə uşaqlar, yeniyetmə və gənclər böyük öndərə öz məhəbbətlərini inşa yazılarında, rəsmlərində, söylədikləri şeirlərdə ifadə edəcəklər.
Qeyd edək ki, Şamaxı rayon Heydər Əliyev Mərkəzi 7-17 yaşlı uşaqlar arasında “Heydər Əliyev və Azərbaycan” adlı şeir, rayon mərkəzi kitabxanasının uşaq şöbəsi isə “Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda inşa yazı, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin doğum günü ilə əlaqədar təqdimat və şeir, habelə Ağsu rayon Heydər Əliyev Mərkəzi “Yaradıcılığına inan” adlı dekorativ tətbiqi sənət və rəsm müsabiqələri keçirir.
Onlayn şəkildə təşkil olunan müsabiqələrə fotoşəkillərin və videoçarxların da qəbulu davam edir. Müsabiqələrin qalibləri sosial şəbəkələrdə fəallıqlarına görə seçiləcəklər. Qaliblər elan olunacaq, diplom və hədiyyələr karantin rejimi bitdikdən sonra təqdim ediləcək.