Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş poeziya axşamı keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş poeziya axşamı keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Gənclərin töhfəsi” və “Peşə Təhsilinin İnkişafı və Məşğulluğa Dəstək” ictimai birlikləri tərəfindən Bakıdakı Rus evinin dəstəyi ilə təşkil olunub.
Gənc şairlər Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr etdikləri şeirlərini söyləyiblər.
“Heydər Əliyev Azərbaycanın milli tarixində xüsusi yer tutan dünyamiqyaslı dahi şəxsiyyət idi. Onun zəngin irsi hələ uzun müddət politoloqların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaq. Ümummilli Lider Heydər Əliyev Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin qorunub saxlanmasında və inkişafında mühüm rol oynayıb, iki dövlət arasında strateji tərəfdaşlığın təməlini qoyub”, - deyə RİMM-in məlumatında qeyd edilir.