ULU ÖNDƏRİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, mayın 17-də Azərbaycan Turizm İnstitutunda (ATİ) ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda ikinci respublika elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın məqsədi tələbələrin diqqətinin gündən-günə inkişaf edən ölkə turizminə cəlb etmək, turizmin daha sürətli inkişafına nail olmaq yollarını aramaq və bu işi stimullaşdırılmasıdır.
Ən yaxşı məruzələrin diplom və qiymətli hədiyyələrlə təltif olunması nəzərdə tutulmuşdur.