Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülviyyə Ağayeva: Biz milli birliyin nəyə qadir olduğunu dünyaya bir daha göstərdik

Ülviyyə Ağayeva: Biz milli birliyin nəyə qadir olduğunu dünyaya bir daha göstərdik

Bakı, 17 avqust, AZƏRTAC

Otuz il idi ki, Azərbaycan torpaqları bəzi dövlətlərin havadarlığı, gizli təhrikləri və dəstəkləri sayəsində Ermənistanın təcavüz və işğalına məruz qalmışdı. Ən ağrılı və maraqlısı bu idi ki, dünya ictimaiyyəti, güclü dövlətlərin qurduğu Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı kimi mötəbər qurumlar guya bu məsələni çözməyə, konflikti ədalətlə həll etməyə çalışırdılar. Ancaq görünən bu idi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü yalnız kağız üzərində qalırdı. Otuz il ərzində bu, guya demokratik, humanist dövlətlər torpaqlarımızın işğal edildiyini görməzdən gəlir, ən çətin məqamlarda isə torpaqları işğal edilmiş və özünü qoruyan Azərbaycanla işğalçı Ermənistanı bərabərləşdirir, hər iki tərəfi sülhə çağırırdılar. Həm də bu nə zaman baş verirdi? Elə ki, Azərbaycan gücsüz olmadığını 1-2 cavab atəşi ilə göstərəndə... Özünü sivil dünya nümayəndələri kimi təqdim edən, dünyaya demokratiya dərsi deyənlər 30 il ərzində bu ədalətsizliyə necə göz yumurdular?

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva söyləyib.

Güclü dövlətlərin ikili standartlarla fəaliyyət göstərdiklərinin heç kim üçün yeni xəbər olmadığını vurğulayan deputat deyib: “Ancaq İkinci Qarabağ - 44 günlük Vətən müharibəsi başlananda onlar az qala bunu dilləri ilə etiraf etdilər. Dünənə qədər hər şeyə göz yuman, gözləmə mövqeyi tutan dünya hegemonları erməni qardaşlarının burnu əzilən kimi və Azərbaycanın artıq heç bir danışıqları gözləməyəcəyini başa düşəndə əl-ayağa düşdülər, dərhal haqq-ədalətdən danışmağa, erməni xalqının “əzilməsindən”, tarixi abidələrin dağıdılmasından danışmağa başladılar. Özlərinin qəbul etdikləri və imzaladıqları sənədləri də bir kənara qoyaraq, utanmadan öz ərazi bütövlüyü uğrunda döyüşən xalqı ittiham etməyə başladılar”.

Ülviyyə Ağayeva qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, Xocalıda soyqırımı törədəndə, qədim tarixi abidələri, mənəvi dəyərləri dağıdanda, təhqir edəndə heç nə görmürdülər, indi qondarma bir “abidə” uçursa, xristian məbədinə bir güllə dəyirsə, bütün Qərb dünyasının mötəbər şəxsləri hərəkətə gəlir, narahatlıq bildirirlər. Əsl ikili standartlar, beynəlxalq ədalətdən danışarkən ədalətsizlik göstərmək nümunəsi Azərbaycana münasibətdə özünü büruzə verdi. Bu müharibə son sınaq oldu və biz bildiyimiz həqiqəti bir daha yaddaşımıza həkk etdik. Kimin kim olduğunu, dostumuzu, düşmənimizi bir daha dəqiqləşdirdik.

“Biz bütün dünyaya sübut etdik ki, lazım gələndə hər kəsə yerini göstərə bilərik, biz ancaq haqq tərəfdarı, sülhməramlı xalqıq, dövlətimizin ərazisində baş verən müvəqqəti çətinliklər və yeni quruculuq dövründəki siyasi çəkişmələr bizi zəiflətmişdi. Azərbaycan Vətən müharibəsinə başlayaraq əzəli torpaqlarını 44 gün ərzində işğalçılardan təmizləməklə tarixi ədaləti özü bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri və Minsk qrupunun yerinə yetirməli olduğu işləri həyata keçirdik. Özünü demokratik, ədalətli dövlətlər hesab edən Qərb dünyası açıq söyləməsə də, yaxşı başa düşür ki, Azərbaycan müharibəni ləyaqətlə aparıb, mülki insanlara toxunmayıb, əsirlərlə Beynəlxalq Konvensiyalar çərçivəsində davranıb. Müharibədən sonrakı hadisələr də (erməni əsirlərin qaytarılması, Ermənistanın işğal etdikləri torpaqlarımızdan çıxıb getmələrinə verilən vaxtın uzadılması və sair) bunları sübut etdi. Bütün ikili standartlar, bizə qarşı yönəldilmiş ədalətsiz təbliğat və təzyiq kampaniyaları, dünyanın aparıcı jurnalistlərinin müsahibələrində Prezident İlham Əliyevə ünvanladıqları təxribatçı suallar Azərbaycanı haqq işindən döndərə bilmədi. Səbir kasası daşanda onu dayandırmaq olmaz. Düz 30 il bu ədalətsizlik qarşısında səbir, dözüm, ləyaqət nümayiş etdirdik. Hər dəfə Azərbaycan Prezidenti elan edirdi ki, biz qan tökmək istəmirik, biz sülh yolu ilə ədaləti bərpa etmək istəyirik, ancaq lazım gələrsə, silaha sarıla, güc nümayiş etdirə də bilərik. Belə də oldu. Dəmir yumruq düyünləndi, xalq bu yumruq ətrafında birləşdi, əqidəsi, yaşı, siyasi mövqeyindən asılı olmayaraq, hamı bir amala xidmət etdi və bu işdə xalqın barışmaz ruhu Qələbəmizin təmin olunmasında mühüm rol oynadı. Biz milli birliyin nə olduğunu, nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdik”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

O əlavə edib ki, torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik və əminliklə deyə bilərik ki, gələcək nəsillər işimizi davam etdirəcək, bərpa etdiyimiz sərhədlərimizi, ərazi bütövlüyümüzü qoruyacaq. Biz onlara işğal altında qalaraq parçalanmış torpaqlarımızı miras qoymadıq, biz onlara məğlubluq sindromunu ötürmədik, biz onlara Zəfər ruhu aşılayırıq. Verdiyi bütün itkilərə, şəhidlərə baxmayaraq, bu gün xalqımız sevinir, qürurlanır, başını uca tutur. Xalqın sevincini görmək isə böyük xoşbəxtlikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır