Ümidsiz borc məbləği hansı halda gəlirdən çıxıla bilər?
Bakı, 13 oktyabr, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə olunan ümumi gəlirə daxil edilibsə, vergiödəyicisi onlarla bağlı ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergiödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
Hüquqi şəxs iddia müddəti ərzində debitor borcun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi halda borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab olunduqda, qanunla müəyyənləşdirilmiş qaydada silinə bilər.
Qeyd olunanlara əsasən, debitor borclar üzrə ümidsiz borc məbləğinin silinməsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra həyata keçirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]