Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək iclasına 3 mindən çox qonaq qatılacaq
Bakı, 13 aprel, AZƏRTAC
2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına müxtəlif ölkələrdən 3 mindən artıq nümayəndə qatılacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda keçirilən kütləvi ağacəkmə aksiyasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev bildirib ki, Azərbaycan Ümumdünya İrs Komitəsinin 43-cü iclasına sədrlik edəcək: “Dünya İrsi Siyahısında milli sərvətimiz olan Qobustan qoruğunun da öz yeri var və Azərbaycana səfər edəcək 3 min nəfərdən ibarət nümayəndə heyətlərinin də bura səfəri nəzərdə tutulub”.
Ə.Qarayev qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]