Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN ƏSASI QOYULMUŞ YENİ NEFT STRATEGİYASI UĞURLA HƏYATA KEÇİRİLİR

AZƏRTAC xəbər verir ki, aprelin 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mətbuat konfransı keçirilmişdir.

Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, vitse-prezidenti Şahin Mustafayev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini faktlarla əsaslandıraraq, 2006-cı ilin Azərbaycan neftçiləri üçün üç böyük və yaddaqalan hadisə - Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və “Şahdəniz” yatağının istismara verilməsi ilə əlamətdar olacağını bildirdilər.

Respublikamızda indiyədək 71 neft və qaz yatağının açıldığı, bunlardan 43-nün quruda, 28-nin isə dənizdə olduğu, hazırda 54 yatağın işlənilməsinin uğurla davam etdirildiyi, 9 yataqda isə kəşfiyyat işlərinin aparıldığı diqqətə çatdırıldı. ARDNŞ tərəfindən köhnə yataqların reabilitasiyasına xarici investisiyaların cəlb edilməsi istiqamətində aparılan işlərin də müsbət nəticə verməkdə olduğu vurğulandı. Dövlət Neft Şirkəti üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) bu ilin aprel ayında nəzərdə tutulan 9369 metr əvəzinə, 12264 neft qazma işi görüldüyü, bunun hamısının istismara aid olduğu diqqətə çatdırıldı.

Bildirildi ki, bu il 3 yeni böyük platforma istismara veriləcəkdir. Bunlardan ikisi “Neft daşları”nda olacaqdır ki, onların da hər birindən 48 yeni quyu qazılacaqdır. Nəticədə neft hasilatı 25 faiz artaraq, ildə 1 milyon tona çatacaqdır. “Günəşli” yatağında 11 nömrəli platformanı genişləndirmək məqsədi ilə yeni blok tikilmişdir. Bu blokdan yeni qaz quyuları qazılacaq ki, bunun da nəticəsində yataqda hasilat 1,5 dəfə artırılacaqdır. Bu il “Günəşli”də dərinsulu qaz kəmərinin çəkilməsi də nəzərdə tutulmuşdur. Hazırda dənizdə “Günəşli”, “Neft daşları”, Hövsan, “Qum adası”, quruda isə Balaxanı, Bibiheybət və Buzovna yataqlarında yeni quyuların qazılması həyata keçirilir.

Azərbaycan geoloq və geofiziklərinin zəngin təcrübəyə malik olduğunu vurğulayan natiqlər, Xəzərin demək olar ki, bütün sektorlarındakı iri neft və qaz yataqlarının onların əməyi sayəsində kəşf olunub istismara verildiyini, bu sahədə liderliyi əldə saxlamaq üçün indi də qüvvə və bacarıqlarını əsirgəmədiklərini, Xəzər hövzəsində həyata keçirilən layihələrdə, eyni zamanda digər neft-qaz layihələrində fəal iştirak etdiklərini, bunun üçün idarənin malik olduğu nadir kəşfiyyat gəmilərinin, digər avadanlığın modernləşdirilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırdılar.

Qeyd edildi ki, indiyədək respublikada 1 milyard 492 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilmişdir. Bunun 547,2 milyon tonu dənizdən çıxarılmışdır. O cümlədən “Çıraq” platformasından 46,5 milyon ton, “Mərkəzi Azəri” platformasından 8,6 milyon ton, “Qərbi Azəri” platformasından 0,4 milyon ton neft hasil olunmuşdur. İndiyədək respublikada cəmi 495,3 milyard kubmetr qaz hasil edilmişdir. Bunun 11,2 milyard kubmetri “Çıraq”, “Mərkəzi Azəri” və “Qərbi Azəri” platformalarının payına düşür. 2005-ci ildə ölkədə 22 milyon 248 min ton neft, 5 milyard 818,3 milyon kubmetr qaz hasil edilmişdir. Hasil olunan neftin 8 milyon 967 min tonu ARDNŞ-in neft və qazçıxarma idarələrinin, əməliyyat şirkətləri və müştərək müəssisələrin payına düşür. Azərbaycan dövlətinə çatmış mənfəət neftinin həcmi 8,5 milyon ton təşkil etmişdir. “Çıraq” və “Azəri” yataqlarından 2006-cı il aprelin 1-dək 56,4 milyon ton neft, 11,8 milyard kubmetr qaz hasil edilmişdir. ARDNŞ 2006-cı ilin birinci rübündə 2.216.141 ton neft hasil etmişdir (MM, ƏŞ, ABƏŞ istisna olmaqla). ARDNŞ ABƏŞ-lə birlikdə ötən 3 ay ərzində 1.654.556 kubmetr qaz hasil etmişdir. Təkcə bu il aprelin 27-də ARDNŞ (ABƏŞ-lə birlikdə) 517 milyon 826 min kubmetr qaz, 655 min 713 ton (müştərək müəssisələr və əməliyyat şirkətləri ilə birlikdə) neft hasil etmişdir. İndiyədək neft və qazın sahilə nəql edilməsi üçün ümumi uzunluğu 630 kilometr olan 14 boru kəməri istifadəyə verilmişdir. Hazırda “Dərinsulu Günəşli” yatağı üçün daha 2 kəmər layihələndirilir.

Bildirildi ki, ötən il neftayırma zavodları 7,4 milyon ton neft emal edərək illik proqnoza 120,2 faiz əməl etmişdir. Heydər Əliyev adına BNEZ-də bu ilin birinci rübündə 843,7 min ton xammal və kənardan alınmış yarımfabrikat emal edilmişdir. Rüb ərzində zavodda 813,3 min ton neft məhsulları istehsal olunmuşdur. Bu zavoddan yola salınmış neft məhsullarının 18,4 faizi xarici ölkələrə ixrac olunmuşdur ki, bunun da 98,3 faizini mühərrik yanacağı təşkil edir. “Azərneftyağ” NEZ-də xam neftin emal proqnozuna 102,1 faiz əməl edilmişdir. Zavodda açıq rəngli neft məhsullarının istehsalı proqnozuna 117 faiz, təkrar emal qurğularında müxtəlif neft məhsullarının istehsalı proqnozuna isə 105 faiz əməl olunmuşdur.

Məlumat verildi ki, ARDNŞ 1997-ci ildən ötən ilin sonuna qədər Bakı-Novorossiysk kəməri 13,1 milyon ton xam neft ixrac etmişdir. Təkcə 2005-ci ildə Novorossiysk limanından, əsasən, İtaliya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Çin, Xorvatiya, Fransa, İspaniyaya 1 milyon 631 min 185 ton Azərbaycan nefti ixrac olunmuşdur. ARDNŞ hazırda xarici ölkələrə A-80, A-92 markalı avtomobil benzinləri, TS-1 markalı reaktiv mühərrik yanacağı, L-62 markalı dizel yanacağı, maye qazlar, KZ-0-250 markalı neft koksu, M-100 markalı soba mazutu ixrac edir.

Şirkət rəsmiləri bildirdilər ki, Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) üzrə Azərbaycanda həyata keçirilən layihələrə 2005-ci ilədək cəmi 17 milyard 914,5 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Ötən il ARDNŞ HPBS və Boru Kəmərləri Layihələri üzrə 1 milyard 917,5 milyon ABŞ dolları məbləğində gəlir, eyni zamanda, 7,68 milyon ton mənfəət nefti əldə etmişdir. Mənfəət neftinin təkcə 7,66 milyon tonu “Azəri-Çıraq-Günəşli” yatağının payına düşür.

Məlumat verildi ki, ARDNŞ özünün və ümumiyyətlə, neft sənayesinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi üçün proqram həyata keçirir. Bu məqsədlə Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələr genişləndirilir. Akademiyanın 50 tələbəsinə hər ay ARDNŞ tərəfindən təsis olunmuş təqaüd verilir. Bundan əlavə, Dövlət Neft Şirkəti inkişaf etmiş xarici ölkələrdə yüksək ixtisaslı neft mütəxəssislərinin hazırlanması üçün Böyük Britaniya, Fransa, ABŞ və Almaniyanın nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığa başlamışdır.

Qeyd edildi ki, ARDNŞ bütün bu proseslərdə şəffaflıq prinsipinə əməl edir. 2003-cü ildə Azərbaycanın pilot ölkələrdən biri olaraq qoşulduğu “Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü” çərçivəsində görülən işlərdə ARDNŞ mühüm rol oynayır. Artıq həmin təşəbbüslə bağlı yaradılmış Hökumət Komissiyası təkcə hökumətin deyil, həm də Audit Şirkətinin hesabatlarını ictimaiyyət üçün açıqlamışdır. Bu günlərdə ARDNŞ-in yaxından iştirakı ilə Bakıda “Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. ARDNŞ artıq dünyanın maliyyə qurumlarının etibar etdiyi neft şirkətlərindəndir. Təsadüfi deyil ki, ötən il Fransanın məşhur BNP Pariba Bankının təşkilatçılığı ilə yaradılmış Banklar Sindikatı Dövlət Neft Şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsinin təkrar maliyyələşdirilməsi üzrə dövlət zəmanəti tələb olunmadan 750 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalamış və bu il martın 24-də həmin əqdi təsdiqləmişlər. ARDNŞ, eyni zamanda, ölkənin ictimai əhəmiyyətli 20 qurumu sırasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçid proqramında öncüllər cərgəsindədir. Maliyyə hesabatlarının vahid beynəlxalq standartlar sisteminə uyğunlaşdırılması şəffaflıq baxımından vacib məsələlərdəndir. ARDNŞ-in daim yeniləşən internet saytı fəaliyyət göstərir və şirkətdə aparılan işlərlə bağlı ictimaiyyətə operativ informasiyalar çatdırılır.

Sonda jurnalistləri maraqlandıran digər suallara da cavab verilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb