Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Strasburqda da qeyd edilmişdir
Paris, 11 may ( AZƏRTAC ). Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi xalqımızın ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə münasibətilə Strasburqda mərasim keçirmişdir.
Daimi nümayəndəliyimizdən AZƏRTAC-a bildirmişlər ki, yerli və xarici qonaqların, Azərbaycan diasporunun nümayəndələrinin qatıldığı mərasimdə ulu öndərin şərəfli həyat yolu və zəngin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə gərgin əməyindən danışılmış, ulu öndərin misilsiz xidmətləri sayəsində ölkəmizin beynəlxalq aləmdə imicinin yüksəldiyi qeyd olunmuşdur.
Mərasimdə görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stend hazırlanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]