Ümummilli lider Heydər Əliyevin xatirəsi Pakistanda da anılmışdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Pakistandakı səfirliyində tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu ölkənin tanınmış alimləri Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfiri İnayətullah Kakar, xarici dövlətlərin səfirləri, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin üzvləri, soydaşlarımız iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin səfirlikdəki büstünün önünə əklil qoymuş, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev bütün ömrünü Vətəninə, xalqına həsr etmişdir. Diplomat ulu öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Heydər Əliyevin Vətənimizin xoşbəxt gələcəyi naminə xidmətlərinin kitablara sığmayacaq qədər zəngin olduğunu diqqətə çatdırmışdır.
D.Şikarov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın mütəşəkkil və müasir ordusu qurulmuş, ölkəmizin milli maraqlarına uyğun xarici siyasət xətti bərqərar edilmiş və respublikamızın sürətli iqtisadi inkişafı təmin olunmuşdur. Ölkəmizin qardaş Pakistan ilə münasibətlərinin yaranması və inkişafı da məhz ulu öndər Heydər Əliyevin birbaşa səylərinin nəticəsidir.
Sonda tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyətinə dair kitab və broşürlər paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]