ÜMUMTƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ QIŞA HAZIRLIQ İŞLƏRİ APARILIR
Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Tacəddin Novruzov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qış mövsümünə hazırlıqla əlaqədar 73 ümumtəhsil müəssisəsində 67 milyon manatlıq cari, 3 məktəbdə isə 75 milyon manatlıq əsaslı təmir işləri aparılmışdır.
Məktəblərdə yanacaq kimi odundan da istifadə olunur. Bu məqsədlə büdcədən 80 milyon manatlıq vəsait ayrılmışdır. Həmin vəsaitlə İsmayıllı meşə təsərrüfatı idarəsindən indiyədək 1262 kubmetr odun alınıb məktəblərə paylanmışdır. Ehtiyacın tamamilə ödənilməsi üçün daha 1000 kubmetr odun gətiriləcəkdir. Məktəblərə 415 ədəd odun peçi də verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]