ELM VƏ TƏHSİL
UNEC-də Aprel döyüşlərinə həsr olunan açıq dərs
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) Aprel döyüşlərinə həsr olunan açıq dərs keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, xarici dillər kafedrasının müəllimi Aynur Mirzəyevanın keçdiyi açıq dərs “Military English” (Hərbi ingilis dili) adlanıb.
Hərbi paltarlar geyinən birinci kurs tələbələri UNEC-in Aprel şəhidi Tural Dadaşov haqqında ingilis dilində təqdimatla çıxış ediblər. Eyni zamanda, hərbi terminlərdən istifadə edərək, ordu quruculuğu, hərbi vətənpərvərlik, qələbə mövzularında xəbərlər hazırlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:20]
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 04.05.2024 [14:55]
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
- 04.05.2024 [13:20]
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
- 04.05.2024 [12:36]