UNEC-in növbəti beynəlxalq uğuru
Bakı, 4 fevral, AZƏRTAC
Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2019-cu ilin yanvar ayında dünya universitetlərinin reytinqini açıqlayıb.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, UniRank reytinq təşkilatının 200-dən çox ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 min 600 ali təhsil müəssisəsinin təhlili nəticəsində aparılan reytinq sıralamasında UNEC dünya üzrə 610-cu yerə çıxaraq Azərbaycan universitetləri arasında 2019-cu ildə də liderdir.
UniRank reytinq agentliyinin “Asiyanın 200 ən yaxşı universiteti” regional sıralamasında UNEC Asiyanın 122-ci ən yaxşı universiteti seçilib. UNEC Yaponiyanın (Kobe Universiteti), Çinin (Şanxay Maliyyə və İqtisad Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, Ankara Universiteti) və regionun bir sıra məşhur universitetlərini qabaqlayıb.
2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan UniRank dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq 13 min 600 universitet və kolleci əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]