UNİBANK FİLİAL ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR
Unibank Şəmkir şəhərinin 20 Yanvar küçəsində dördüncü regional filialını açmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, “Şəmkir” filialı müştərilərə geniş çeşiddə bank xidmətləri təklif edir: əhalidən və korporotiv müştərilərdən depozitlərin qəbul edilməsi, istehlakçıların maliyyələşdirilməsi və mikromaliyyələşdirmə, biznes-kreditləşdirmə, pul köçürmələri, plastik kartlarla xidmətlər və s.
Unibankın idarə heyətinin sədri Faiq Hüseynov demişdir: “Hazırda Azərbaycanın maliyyə bazarı qarşımıza əhalini yeni bank məhsulları və xidmətləri ilə tanış etmək vəzifəsi qoyur. Bank məhsulları - sadədən tutmuş ən mürəkkəbədək - ölkənin istənilən vətəndaşının həyatında gündəlik vasitəyə çevrilmişdir. Müştəriyə yaxın, onun üçün əlçatan, əlverişli və rahat olmaq bizim üçün çox vacibdir. Ona görə də Unibankın əsas strateji məqsədlərindən biri hazırda filial bazasını genişləndirmək və müştəriyə maksimum yaxın olmaqdır”.
İlin əvvəlindən Unibank 9 filial açmışdır. Filiallardan 7-si paytaxtda, 2-si isə Şəki və Şəmkir şəhərlərində yaradılmışdır.
Hazırda bankın paytaxtda 16, regionlarda 4 filialı vardır.
Unibank Quba, Lənkəran, Qəbələ, Bərdə, Mingəçevir və Xırdalanda da fəaliyyətini genişləndirməyi, həmin şəhərlərdə yeni filiallar açmağı planlaşdırır.
Azərbaycanın ən böyük özəl banklarından biri olan Unibank maliyyə göstəricilərinə görə 3 lider bank sırasındadır. Onun nizamnamə fondu 15 milyon manat, ümumi kapitalı isə 36,5 milyon manatdan çoxdur. Ötən ilin yekunlarına əsasən, bankın aktivləri 390 milyon manat təşkil etmiş, kredit portfeli isə 270 milyon manatı ötmüşdür. Bankın rəsmi auditoru “PricewaterhouseCoopers” şirkətidir. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və DEG Almaniya İnvestisiya Korporasiyası daxildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [21:11]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [20:36]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [20:21]
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub
- 13.06.2026 [20:16]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [20:00]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [19:59]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:19]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:13]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [19:05]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [18:54]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:55]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:50]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:36]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [17:25]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [17:11]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [17:04]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [17:01]