“UNİBANK”IN MÜŞTƏRİLƏRİ SƏNƏDLİ ƏMƏLİYYATLARDAN FƏAL İSTİFADƏ EDİRLƏR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kredit xətti açıldığı andan 999,5 min ABŞ dolları məbləğində təminatlar və 360,3 min dollar məbləğində akkreditivlər təqdim olunmuşdur. Aparılan sənədli əməliyyatların məbləği 2004-cü ilin birinci yarısında 458,5 min dollar təşkil etmişdir.
Bu proqramın uğurla həyata keçirilməsi sayəsində bank AYİB-in 2004-cü il aprelin 18-19-da Londonda keçirilmiş illik yığıncağında “2003-cü ildə Azərbaycanda AYİB-in ticarətin maliyyələşdirilməsi proqramı üzrə daha fəal inkişaf edən bank” adına layiq görülmüşdür.
Bu proqramın həyata keçirilməsi davam edir və yaxın vaxtlarda AYİB-in nümayəndəsinin ölkəmizə səfəri gözlənilir. O, bu istiqamətdə gələcəkdə görüləcək işlər barədə banka məsləhətlər verəcəkdir.
“UniBank”ın akkreditivləri “Vachovia” bankında da qəbul edilir. Onun bu bankla müxbir münasibətləri var.
2004-cü ilin əvvəlində “Societe Generale”nin və “Dresdner Bank”ın “UniBank” KB-yə sənədli əməliyyatlar üzrə iş üçün 2 milyon ABŞ dolları ayırmasını növbəti uğurlu addım hesab etmək olar. Qısa müddət ərzində bu xətlər üzrə 944 min dollar məbləğində zəmanətlər və akkreditivlər təqdim edilmişdir.