Azərbaycan Dövlət İnformasiya Agentliyi

Universitet muzeyləri: dünya təcrübəsi, ənənələr və gözləntilərimiz

Bakı, 7 may, AZƏRTAC 

Universitet tarixini əks etdirən məlumatları, fotoları və kolleksiyaları toplamaq və bir məkanda cəmləşdirmək təcrübəsi qədim zamanlardan mövcuddur. Müxtəlif növ tədqiqatlar, təlimlərlə məşğul olan və zəngin kitabxanalara, kolleksiyalara sahib olan akademiyaların hələ uzaq keçmişdə Qədim Yunanıstanda və Qədim Romada, daha əvvəllər Şərqdə mövcud olduğuna dair kifayət qədər məlumatlar var. Bəllidir ki, universitetin təhsil, təlim-tərbiyə ocağı kimi əsasının qoyulması Qərb sivilizasiyasının dünya mədəniyyətinə verdiyi ən mühüm töhfələrdən biridir. Müdriklərin, elm adamlarının diqqətinin ilahiyyat, hüquq və tibb sahələrinə cəmləşdiyi dövrdə Orta əsrlər Avropasında yaranan universitetlər zaman keçdikcə dünyaya yayılmış və elmi biliklərin müxtəlif sahələri üzrə yüksəkixtisaslı mütəxəssis hazırlamaqla cəmiyyətin inkişafında mühüm rol oynayıbdır.

Bu fikirlər Bakı Dövlət Universitetinin tarixi muzeyinin direktoru Ramin Səmədovun “Universitet muzeyləri: dünya təcrübəsi, ənənələr və gözləntilərimiz” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Uzun müddət bir çox universitet fənlərinin, xüsusən də tibb, dəqiq elmlər və texnologiyalar kimi fənlərin tədrisində müxtəlif növ alət və avadanlıqlardan, cihaz və qurğulardan təlim və tədqiqat məqsədilə geniş istifadə olunurdu. Vaxt keçdikcə və bu əşyalar köhnəldikcə, təlim kursundakı dəyişikliklər və ya yeni pedaqoji metodların tətbiqi nəticəsində onları yeni modellər əvəz edirdi. Köhnəlmiş, istifadə edilməyən əşyalar elm və təhsil tarixi baxımından fərqli məna kəsb etməklə bir növ eksponatlara və hətta kolleksiyalara çevrilir, onların saxlanması və öyrənilməsi üçün ayrılan otaq muzey funksiyasını yerinə yetirməyə başlayırdı.

Müasir anlamda universitet muzeyinin yaranması kolleksiya eksponatlarının tədris və tədqiqat prosesinə cəlb edildiyi XVI əsrin sonuna təsadüf edir. Padui, Piza və Leyden universitetləri nəzdində yaradılmış və bitkiləri təlim prosesində istifadə edilən botanika bağları, Bolonya universitetində fəaliyyət göstərən anatomiya muzeyi buna bariz nümunədir.

Universitet muzeyinin təsis edilməsi haqqında ilk məlumat 1685-ci ilə aiddir: o zaman Oksfordun Aşmoelan (Eşmolean) Muzeyində daimi ekspozisiya açıldı və bu təcrübə Avropanın bir çox universitetlərinə yayıldı. Bu cür universitet muzeyləri yalnız maarifçilik deyil, həm də tədris və tədqiqat funksiyalarını yerinə yetirən məkanlara çevrildilər. Kembric Universitetinin Secvik Muzeyi (1727), Qlazqo Universitetinin Hanter Muzeyi (1807), Mançester Universitetinin muzeyi (1888) Avropa universitetlərində fəaliyyət göstərən ən qədim və zəngin muzeylərdəndir. Fəaliyyət göstərdikləri dövrdə bu məkanlarda on milyonlarla eksponat cəmləndi.

XX-XXI əsrlərin kəsişməsində universitet muzeylərinin kolleksiyaları yeni məna kəsb etdi: bu məkanda elm tarixinə dair məlumatlar qorunub saxlandığına görə eksponatların tarixi əhəmiyyəti önə çəkildi. Bu zəngin kolleksiyalar, bir qayda olaraq, xüsusi otaqlarda saxlanılır və yalnız dünya mədəniyyətinin əvəzolunmaz sərvəti deyil, həm də daim işlək və genişlənən məlumatlar bazasıdır. Universitet muzeylərinin tarixən toplanmış və qorunub saxlanılan kolleksiyalarını aşağıdakı növlərə bölmək olar:

-təlim üçün nəzərdə tutulmuş kolleksiyalar - müxtəlif fənlərin tədrisi prosesində istifadə edilən orijinal nümunələr, imitasiyaedici modellər və maketlər;

-tədqiqat işlərində istifadə olunan kolleksiyalar - elmi araşdırmalar zamanı istifadə edilən eksponatlar, alətlər, avadanlıqlar və cihazlar;

-məlumatlandırıcı kolleksiyalar - arxiv sənədləri, fotomateriallar, nəşrlər və digər maarifləndirici materiallar.

Universitet muzeyləri elmi biliklərin təbliği və yayılması istiqamətində fəaliyyət göstərməklə maarifləndirmə funksiyasını da yerinə yetirir, ali məktəblə elmi mərkəzlər, elm və texnika sahəsində çalışan müəssisələr və ümumilikdə ictimaiyyət arasında əlaqə zəncirinin ayrılmaz halqasına çevrilir. Nüfuzlu universitetlərin muzeyləri təkcə ali məktəbin əməkdaşları və tələbələrinin deyil, həm də bu ali məktəbdə təhsilini davam etdirmək niyyətində olan məktəblilərin, digər elm və tədris mərkəzlərində çalışan alim və tədqiqatçıların, yaşından və peşəsindən asılı olmayaraq hər bir kəsin üzünə açıqdır. Bu muzeylərin maddi irsi olduqca zəngindir.

Bu gün universitet muzeyləri yerləşdikləri məkana görə ərazisi yalnız tələbələrə və əməkdaşlara deyil, həm də şəhərin və ya bölgənin bütün əhalisinə məxsus olan universitetlərlə bağlıdır, onlar çoxşaxəli elm və təhsil ocağının ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, elmi və mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı fəaliyyəti həyata keçirən ictimai mərkəzə, tədqiqat və maarifləndirmə işləri üçün unikal məkana çevrilməkdədir. Bir vaxtlar universitetlərin tərkib hissəsi olan nəhəng elmi muzeylər kolleksiyalarının təbliğinin vəzifələrindən daha çox məqsədləri olduğunu dərk edərək, müstəqil fəaliyyət göstərməkdədir.

Mütəxəssislərin fikrincə, elm və təhsil tarixini əks etdirən universitet muzeylərinin üzləşdikləri problemlər də az deyil. Bu, materialların və eksponatların saxlanma şəraiti, maliyyə mənbələrinin müəyyənləşdirilməsi, təhlükəsizliyin təmin olunması, rəqəmsal texnologiyaların tətbiq edilməsi ilə bağlı aktual problemlərdir. Dünyanın bir sıra ölkələrində bu problemlərin həlli istiqamətində müəyyən addımlar atılır. Məsələn, hələ 1987-ci ildə Böyük Britaniyada Universitet Muzeyləri Qrupu yaradılıb ki, onun da başlıca məqsədi universitet muzeylərinin statusunun yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması, burada saxlanılan kolleksiyaların müəyyənləşdirilməsi və müvafiq kataloqların hazırlanması, eləcə də bu muzeylərin fəaliyyətinin koordinasiyası olub. Bu qrupun nizamnaməsinə görə, universitet muzeyləri maraqlananlar üçün açıq olmalı, müştərək elmi, mədəni və maarifləndirici proqramlar üzrə tədbirlər həyata keçirməli, regional və milli kütləvi muzeylərlə sıx əməkdaşlıq etməlidir.

İnkişaf etmiş ölkələrdə universitet muzeylərinin fəaliyyətinin təşkili ilə bağlı əldə edilmiş təcrübənin öyrənilməsi ölkəmizdəki universitet muzeylərinin fəaliyyətinin təkmilləşməsində, onların fəaliyyətinin elm və təhsil sahəsində müasir tələblərə uyğun şaxələndirilməsi, rəqəmsal texnologiyaların inkişafı dövründə interaktivliyinin təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və dövlət qayğısı ilə əhatə olunub. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Universitet muzeyləri də öz fəaliyyətlərini müvafiq olaraq həm ali təhsil müəssisənin nizamnaməsinə, həm də bu növ hüquqi aktlara uyğun şəkildə qurur.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli sərəncamlarının icrası muzeylərin fəaliyyətinin təkmilləşdirilməsinə, müasir standartlara uyğun qurulmasına, tarixi, mədəni irsin, maddi mədəniyyət nümunələrinin mühafizəsi və təbliği işinin daha yüksək səviyyəyə qaldırılmasına təkan verib. Ali məktəbin fəaliyyəti tarixində mühüm rol oynayan əşyalar və avadanlıqların, bu fəaliyyəti əks etdirən vizual materialların komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliğini həyata keçirən universitet muzeyləri bu rəsmi sənədlərdən də bəhrələnir.

Ölkəmizdə ilk universitet muzeyi ötən il 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universitetində (BDU) yaradılıb. Bu gün BDU-da Heydər Əliyev muzeyi, Bakı Dövlət Universitetinin tarixi muzeyi, Faydalı qazıntılar muzeyi, Arxeologiya və etnoqrafiya muzeyi və Təkamül təlimi muzeyi fəaliyyət göstərir.

Ulu Öndərin razılığı ilə 1997-ci ildə yaradılmış Heydər Əliyev muzeyində BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan bu böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən, tələbələr üçün son dərəcə tərbiyəvi, tədqiqatçılar üçün elmi əhəmiyyəti olan zəngin materiallar və tarixi sənədlər saxlanılır. Muzeydə Heydər Əliyevin tələbəlik illəri, universitet tədbirlərində iştirakı ilə bağlı fotoşəkillər və sənədlər, Ulu Öndərə dünyanın ən qabaqcıl universitetləri, o cümlədən Bakı Dövlət Universiteti tərəfindən verilmiş fəxri doktor diplomlarının surətləri və medallar, dahi şəxsiyyət haqqında universitet alimlərinin yazdığı kitablar xüsusi yer tutur. Muzeyi dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm və təhsil nümayəndələri ziyarət edib, təəssüratlarını bölüşüblər.

Bakı Dövlət Universitetinin tarixi muzeyində görkəmli ziyalılar, alimlər haqqında sənədlər, qısa tarixi məlumatlar, müxtəlif dövrlərdə tədris prosesində və elmi araşdırmalarda istifadə olunan alət və avadanlıqlar, cihaz və qurğular, müxtəlif növ çap məhsulları, universitet həyatında əlamətdar hadisələri əks etdirən fotomateriallar, fəxri doktorların fotoşəkilləri, onlara verilən diplom nümunələri və digər materiallar saxlanılır. Bu muzey təkcə xalqımızın tarixinin ayrılmaz və şərəfli bir parçası olan BDU-nun deyil, həm də elmimizin, təhsilimizin, ümumiyyətlə, mədəniyyətimizin tarixini özündə müəyyən dərəcədə əks etdirən, tələbələrə təhsildə, tədqiqatçılara elmi araşdırmalarda, geniş ictimaiyyətə maariflənməkdə yardımçı olan bir ocaqdır.

Geologiya fakültəsinin Faydalı qazıntılar muzeyində tələbələrin geologiya və geologiya mühəndisliyi ixtisaslarına dərindən yiyələnmələri üçün mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər sahələr üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir, geoloji fənlərin məşğələ dərsləri keçirilir.

Universitetin 1937-ci ildə təsis olunmuş M.A.Axundov adına Təkamül təlimi muzeyi eyniadlı fənnin zəngin əyani vasitələr əsasında tədrisinə xidmət göstərir. Muzeydə üzvi aləmin meydana çıxması, inkişafı, ümumi qanunauyğunluqları, istiqamətləri, hərəkətverici qüvvələri haqqında zəngin ekspozisiyalar yer alıb, təkamül nəzəriyyəsinin əsasını qoyan və onu inkişaf etdirən alimlərin elmi fəaliyyətləri, onların bu nəzəriyyənin inkişafındakı xidmətləri əks olunub. Ali və orta məktəblərin biologiya müəllimlərinin ixtisaslarını təkmilləşdirmə auditoriyasına çevrilmiş muzey peşəkar kadrların hazırlanmasında fəal iştirak edir.

1976-cı ildə yaradılmış Arxeologiya və etnoqrafiya muzeyində qədim dövrə aid nadir daş alətlər, zəngin osteoloji materiallar, Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən bir sıra maddi mədəniyyət nümunələri saxlanılır, Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkişafını əks etdirən xüsusi stendlər nümayiş etdirilir.

Bu gün Bakı Dövlət Universitetinin muzeylərində saxlanılan və nümayiş etdirilən kolleksiyaların qorunması və zənginləşməsinin, onların müasir tələblərə uyğun interpretasiyasının yeni yolları axtarılır, ziyarətçilərin zəruri məlumatlara yiyələnməsi üçün muzey mühitinin imkanları araşdırılır, həm müasir auditoriya, həm də gələcək nəsillər üçün əhəmiyyətli olacaq yeni muzey ənənələrinin yaradılması istiqamətində addımlar atılır. Məqsəd universitet muzeylərini rəngarəng innovativ proqramlara və rəqəmsal texnologiyalara malik interaktiv mərkəzlərə çevirməkdir. Muzey fəaliyyətinin interaktiv olması həm tələbələr, müəllimlər və tədqiqatçılar, həm də bu məkandan bəhrələnən ictimaiyyət üçün olduqca vacibdir.

Universitet təhsili və elminin təbliğində muzeylərin fond materiallarından maksimum istifadə edilməsi, muzeylərdə elmi tədqiqatlar aparılmasına şərait yaradılması, müxtəlif mövzularda səyyar və stasionar sərgilərin təşkili, təqdimat mərasimləri, elmi konfrans və seminarların keçirilməsi qarşıda duran məsələlərdir və onların həllində universitetin təəssübünü çəkən hər bir tələbə, hər bir müəllim yaxından və birlikdə iştirak etməlidir. Çünki biz birlikdə güclüyük.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO