“Uoll-strit canavarı” filmindəki “Lamborghini” 1,6 milyon dollara satılıb
Bakı, 13 dekabr, AZƏRTAC
“Uoll-strit canavarı” (The Wolf of Wall Street) filmində Leonardo Di Kaprionun sürdüyü 1989-cu il istehsalı olan “Lamborghini Countach” avtomobili Nyu-Yorkun Sotheby's satış evində keçirilən hərracda 1,655 milyon dollara alıcısını tapıb.
AZƏRTAC xəbər verir ki, bu, həmin model avtomobili üçün rekord qiymətdir. Əvvəlki rekord 880 min dollar olub.
Martin Skorsesenin filmində iki eyni avtomobildən istifadə edilib. Onlardan biri ssenariyə uyğun qəza səhnəsində zədələnib. Həmin avtomobil ilin əvvəlində hərraca çıxarılsa da satılmayıb.
Sotheby's satış evi hərracda ümumilikdə 13,61 milyon dollar dəyərində avtomobillər satıb. Ən bahalı lot 2,4 milyon dollara satılan 1953-cü ilin “Fiat 8V Supersonic” avtomobili olub. Dünyada həmin modeldən cəmi 14 avtomobil istehsal edilib. Satılan avtomobilin cəmi dörd sahibi olub və o, az istifadə edilən modeldir.
Bundan əlavə, mütəxəssislər tərəfindən bu yaxınlarda bərpa edilən 1954-cü il istehsalı “Aston Martin DB2/4” 1,1 milyon dollara satın alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]
Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib
- 09.05.2026 [22:59]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:58]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
- 09.05.2026 [22:02]
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
- 09.05.2026 [21:59]
İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı
- 09.05.2026 [21:36]
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar
- 09.05.2026 [21:22]
Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada
- 09.05.2026 [21:12]
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır
- 09.05.2026 [20:35]
Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
- 09.05.2026 [20:16]
Bu saata olan əsas xəbərlər
- 09.05.2026 [20:00]
BMT-nin Baş katibi Ukrayna ilə Rusiya arasında atəşkəs elanını alqışlayıb
- 09.05.2026 [19:36]