Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ürək deyir yaşa hələ...

Ürək deyir yaşa hələ...

Bu gün görkəmli xanəndə Əlibaba Məmmədovun doğum günüdür

Bakı, 5 fevral, AZƏRTAC

Həyatda çoxluğun qəbul etdiyi belə bir fikir də öz təsdiqinə söykənib: Sənətdə yaratdıqlarına məxsusilik gətirməklə özünün səsi, sözü, təsviri ilə mükəmməllik qazanmaq, xalqın yaddaşında həmişəyaşarlığı ilə xatırlanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Bu, möhtəşəmlikdir və onun bir adı da ali varlığın fəth etdiyi sənət zirvəsidir. Hər sənətin öz xiridarı var, onlar öz yaradıcı əməlləri ilə tarixdə iz qoyurlar. Belə sənətkarlardan biri də muğam və təsniflərin gözəl ifaçısı, xanəndə, bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli, Prezident təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədovdur...

Bir haşiyə: Həmişə yaşlı insanlardan eşidirdim ki, keçmişlərdə qış çox sərt keçir, yolu-rizi qar elə basırdı ki, keçib-getmək mümkün olmurdu. Belə söhbətlərdən sonra düşünürdüm, bəlkə elə həmin fəsildə doğulan insanlar da soyuq, sərt təbiətli olurmuşlar. Axı insanın xarakterində formalaşmış xüsusiyyətlər təbiətlə sanki həmahəngdi: sərt, mülayim, dəymədüşər, tutqun, sakit, qaynar... Bəlkə fəsillərin insanların təbiətinə aşıladığı xüsusiyyətlər bu səbəbdən xarakterində doğallıq kəsb edir... Bilmirəm, qədim Maştağa kəndində qışın oğlan çağı, kiçik çillənin özünü göstərdiyi bir vaxtda - fevral ayında doğulan Əlibaba müəllimin təbiətində də bu fəslə xas olan əlamətlər varmı... Onun mənəvi aləminə müəyyən mənada bələd olmaqdan ötrü xanəndənin ömürlüyünü vərəqləyir, sənətdə keçdiyi həyat yoluna nəzər salır, muğam, təsnif və bəstəkar mahnılarından bəzilərini yaddaşımda təzələmək üçün onlardan bəzisini yenidən dinləyirəm. Hər muğam və təsnifin insan mənəviyyatında yaratdığı təbəddülatlarla süslənmiş zənginlik, mahnıların yaddaşımda közərtdiyi yanğı, kədər, sevinc, yurdsevərlik, vətənpərvərlik kimi duyğular düşüncəmi sarır, xəyal məni haralara aparmır ki... Bu zaman məndə belə bir hiss, əminlik yaranır ki, yeniyetmə çağlarından həyata, insanlara bəslədiyi sevgisi, musiqinin xarakterinə aşıladığı cazibədarlıq, ruhuna gətirdiyi qaynarlığı ilə təbiətində həmişəbahar ovqatı yaşayan bu alicənab, müdrik insan özünün sənət ecazı ilə neçə onilliklərdi xalqına mənəvi gözəllik, rahtlıq zənginlik bəxş edir...

Bəs, Əlibaba Məmmədovu xanəndəlik sənətinə aparan yollar haradan başladı... Hələ yeniyetmə çağlarında o, çal-çağırlı kənd toylarında müğənnilərin səsinə qulaq asar, özünün də məlahətli səsi olduğundan onların oxu tərzini öyrənməyə çalışardı. Bu, həm də Əlibabanın ürəyində musiqiyə olan intəhasız sevgisindən yaranmışdı. Elə günlərlə eşitdiyi muğamları dodaqaltı zümzümə etməkdən yorulmazdı. O vaxtdan da yeniyetmə-gənc özünün sənət yolunu müəyyənləşdirdi: xanəndə olacaq, xalqın milli ruhunu yaşadan qədim muğamlarımızı yaxşı mənimsəyəcək. Bunun üçün o, sənətdə əsl ustad məktəbi keçməli idi. Burada belə bir maraqlı nüansı da xatırlatmaq vacibdir ki, Əlibaba Məmmədovun əsl xanəndə kimi yetişib-formalaşmsında Abşeron kəndlərinin özünəməxsus muğam mühiti, mədəniyyətinin böyük təsiri olmuşdur.

Vikipedia məlumatından sətirlər: “Əlibaba Məmmədov musiqi təhsilini (1953-1958) Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə isə “Azkonsert birliyi”nin solisti kimi fəaliyyət göstərmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhbərlik edir... ”. Yeri düşmüşkən, Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Bu ilkinlik ona böyük sənət uğurları bəxş etdi. “Humayun” onun ifasında mükəmməllik qazandı, bu mükəmməlliyi bir çox sənətçilər qəbul etdilər. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə etmişdi: “Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan düz 26 il sonra - 1989-cu ildə Xalq artisti fəxri adlarını aldı.

Əlibaba müəllim hər zaman radio və televiziya ilə çıxışları zamanı musiqidə, muğam sənətində atdığı ilk addımlarından özünü bir sənətkar kimi yetişdirməkdən ötrü ustadlardan, muğam bilicilərindən dərs aldığını, bəhrələndiyini və muğam sənətində öz yolunu açmaqdan ötrü böyük zəhmətlərə qatlaşdığını dilə gətirir, bununla gənc müğənnilərə xanəndəlikdə düzgün ifaya, fərdi yaradıcılıq üslubuna yiyələnməyin sirrini öyrədirdi. Ustad xanəndənin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan “Rast”, “Bayatı-Şiraz”, “Dəşti”, “Rahab” kimi muğam-dəsgahları xalqımızın bu gün də sevə-sevə dinlədiyi, mənəvi zövq aldığı ifalarındandır. Hər gələn xanəndə nəslinin nümayəndələri Əlibaba Məmmədovun yaratdığı mahnı və təsnifləri ustaddan dərs alaraq, ondan öyrənərək oxu maneralarında özünəməxsusluğa malik olmağa çalışırlar.

Bu gün Azərbaycanda xanəndəlik məktəbinin korifey nümayəndələri - Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinskinin davamçısı olaraq öz ifası ilə klassik muğamlarımızın, ümumən milli musiqimizin koloritini, saflığını qoruyan, təəssübünü çəkən, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan edən Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. O, muğam ifaçılığı ənənələrinin yaşadılmasında gənc xanəndələr üçün mükəmməl bir məktəb yaratmışdır. Əlibaba müəllim 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir. 60 ilə yaxın çalışdığı pedaqoji fəaliyyətində gənc xanəndələr nəslinin yetişməsinə, bu sahədə klassik ənənələr üzərində kamilləşməsinə böyük əmək sərf edir.

Əlibaba müəllim bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələmişdir. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan müsiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir. Xanəndənin muğam, təsnif və mahnıları ifa edərkən sözləri düzgün, aydın tələffüs etməsi, fərqlilik prizmasından fərdi üsluba malik olması sənətkarlığının “Əlibaba Məmmədov” novatorluğunu ehtiva edən amillərdəndir.

Əlibaba Məmmədov bütün zamanlarda muğamlarımızın mahir ifaçısı olmaqla yanaşı, təsnif janrında da bənzərsiz, bir ustad dəst-xətti ilə oxuyan sənətkar olaraq tanınıb. Çünki oxuduğu mahnıların taleyi, orda təsvir olunan həyatın böyük təsiri ilə yaşayıb. Bu cür ürəkdən, candan gələn ifasına özəlliklə müşaiyət olunan bir həyat bəxş edib. Bu yerdə “Ağarma saçım, ağarma”, “Ağrıma ürəyim, ağrıma hələ” mahnısını təkcə yada salmaq bəs edir ki, sözlərin, musiqinin və ifanın qəlbimizi kövrəldən nisgili, məyusluğu və şamın şöləsitək titrəyən alovu ürəyimizi alışdırsın... Amma müğəninin ürəyə bir qığılcım təki düşən sevgidən, qəlbinə dolan ümiddən danışan mahnıları da ovqatın bir başqa üzündə insanı sanki göyün üzünə pərvazlandırır. Bu təzadlı duyğuları bizə bəxş edən də sənətkarın kamilliyi, səsinin, nəfəsinin hikmətidir.

Bir vaxt xalq mahnılarımızın, muğamlarımızın az qala unudulması, diqqətdən kənarda qalması bir sənətkar kimi Əlibaba Məmmədovu da narahat edirdi. Nə xoş ki milli kimliyimizi, mənsubluğumuzu, xalqın ruhunu yaşadan bu sənət incilərinə yeni həyat verən oldu. Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sənəti unudulmaqdan xilas etdi. Sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət ilk növbədə yaşlı sənətkarlarımızın, o cümlədən bu sənətin xiridarı Əlibaba Məmmədovun hədsiz sevincinə səbəb oldu. O zaman Əlibaba Məmmədovun söylədiyi bu fikirləri indi hamımız xatırlayırıq: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrimizi bölüşmək üçün imkanımız və yerimiz olacaq”.

Ustad sənətkardan dərs almaq, onun məktəbində yetişmək, inkişaf etmək mütləq halda özünün bəhrəsini verir. Əlibaba müəllimin ustadı Seyid Şuşinskidən aldığı dərs də onun yaradıcılıq yolunda bir mayak oldu. Özünütəsdiqlə, mükəmməllik sənətdə ona bir əzəmət verdi. Gənc xanəndələri yetişdirməsinə, milli musiqimizin təbliğinə böyük yol açdı...

Əlibaba Məmmədov mahnılarının birində şövqlə, şirin avazla sanki neçə onilliklərdi uzun bir səfərə çıxdığını bəyan edir: “Səfərdəyəm, səfərimi vurmamışam başa hələ...” Hər dəfə mərhum şairimiz Rasim Kərimlinin sözlərinə xanəndənin özünün bəstələdiyi bu mahnını eşidəndə mənə elə gəlir ki, bu səfər heç zaman bitməyəcək. Əlibaba müəllim bu səsin, sözün, musiqinin yaddaşımızda közərtdiyi xatirələrə özünün sənət işığını saçaraq yolunda var olacaq. Ömür ahıllıq zirvəsinə çatsa da nə qəm... ürək ki yaşamaq, yaratmaq eşqilə çırpınır. Ömür deyir qocalmışam, ürək deyir, yaşa hələ!

Ürəyinizin səsini eşidirsinizmi, Əlibaba müəllim...

Şəfəq Nasir,

yazıçı-publisist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub