CƏMİYYƏT
Uşaqlar ətraf aləmi müşahidə edərkən öyrənirlər
Bakı, 28 avqust (AZƏRTAC). ABŞ-ın Vaşinqton universitetinin alimləri uşaqların ətraf mühitdən alınan informasiyanı neçə dərk etdiklərini və onunla necə işlədiklərini izləyiblər. Alimlərin qarşıya qoyduğu suallardan biri belədir: uşaq ətraf aləmdə baş verən hadisələrin mənasını görə bilirmi? Başqa sözlə desək, uşaq müəyyən şəraitdə hərəkətin iki mümkün variantından optimal olanı şüurlu şəkildə seçərək onu həyatda tətbiq edə bilirmi?
AZƏRTAC “Science World Report” jurnalına istinadla xəbər verir ki, tədqiqat zamanı uşaqlara bir oyun təklif edilib: xüsusi kiçik tiri konfet avtomatının yanındakı yeşiyin üstünə qoymaq lazım idi. Tirlərdən biri müvafiq konstruksiyanı bütün halların 70 faizində fəallaşdırır, digər tir isə üç haldan birində işə düşürdü. Əvvəlcə uşaqlar müəllimlərinin oyununa müşahidə ediblər, sonra onlara müstəqil olaraq özlərini sınamaq təklif olunub. Nəticədə 32 uşaqdan 23-ü ilk dəfədən məsələnin daha səmərəli həlli yolunu seçib.
Tədqiq edilmiş fenomenlə qələbə və ya uduş ehtimalı arasında əlaqə olub-olmaması hələlik bilinmir. Lakin indi məlum olub ki, uşaqlar yalnız öz səhvlərində yox, həm də ətrafdakıların hərəkətlərini müşahidə edərək öyrənirlər.