Azərbaycan Dövlət İnformasiya Agentliyi

USTAD DƏRSİ UNUDULMUR...

Hələ sağlığında milli mətbuatımızın klassikinə çevrilmiş görkəmli

jurnalist Nəsir İmanquliyev haqqında xatirələrimizi qələmə almaq, bir qəzet yazısının imkanları daxilində oxuculara təqdim etmək barədə öz aramızda fikir mübadiləsi apardığımız günlərdə eşitdiyimiz xoş xəbər bizi çox sevindirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı il sentyabrın 4-də unudulmaz müəllimimizin xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalamışdı.

Nəsir müəllimlə ilk tanışlığımız, ünsiyyətimiz 36 il əvvələ - artıq əlçatmaz, ünyetməz bir keçmişdə qalmış 1970-ci ilin sentyabr ayına, bütövlükdə qayğısız olsa da, daha çox acılı-şirinli anları ilə yadda qalan tələbəlik illərinin ilk günlərinə təsadüf edir...

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş əlli tələbənin əyləşdiyi auditoriyaya daxil olan, “Jurnalistikanın əsasları” fənnini tədris edəcək boy-buxunlu müəllim ciddi, zabitəli görkəmi, rəvan, ölçülü-biçili danışığı ilə hələ ali məktəbin ab-havasına uyuşmayan, bir qədər şıltaq-ərköyün gənclərin diqqətini dərhal özünə cəlb etdi. Bu, Nəsir müəllim idi. Elə ilk dərsdən hiss etdik ki, Nəsir müəllim jurnalistika sahəsində həm mükəmməl nəzəri biliyə malik alim, həm də zəngin təcrübəsi olan peşəkardır. Elmi dəlillərin həyati faktlar əsasında şərhi Nəsir müəllimin mühazirələrini yaddaqalan və maraqlı edir, gələcəyin jurnalistləri olacağımızdan iftixar duyurduq...

Aradan bir qərinədən artıq vaxt ötsə də, bu müddətdə həyatımızda acılı-şirinli çox hadisələr baş versə də, unudulmaz tələbəlik illərində Nəsir müəllimin jurnalist sənəti və sənətkarlığı ilə bağlı dəyərli fikirlərinin qəlbimizdə oyatdığı xoş duyğuların gələcək peşəmizin məsuliyyətindənmi, çətinliyindənmi, yaxud yazı-pozu işinin əzab-əziyyəti barədə eşitdiklərimizdənmi (bəlkə də onların hamısından) yarandığını hələ də müəyyənləşdirə bilməmişik. Ancaq bir məsələ şəksizdir ki, mətbuat aləmində, yazı-pozu işində nəyə nail olmuşuqsa (təkcə biz yox, Azərbaycan jurnalistlərinin bütöv bir nəsli), buna görə Nəsir İmanquliyev başda olmaqla, əziz və unudulmaz müəllimlərimizə borcluyuq.

Tələbəliyimizin hər ötən semestri, kursu bizi müəllimlərimiz arasında ciddiliyi, tələbkarlığı ilə sayılıb-seçilən Nəsir müəllimə elə yaxınlaşdırmış, doğmalaşdırmışdı ki, hətta aramızda pünhan tələbə-müəllim dostluğu yaranmışdı. Açığı, bu doğmalıq, məhrəmlik, dostluq duyğularını bizə universitet auditoriyalarından daha çox Nəsir müəllimin yaradıcısı və düz 30 il dəyişməz redaktoru olduğu “Bakı” qəzeti redaksiyasındakı geniş kabineti aşılayırdı. Çünki Nəsir müəllim seminarları, adətən, redaksiyada aparardı və buna görə də biz özümüzü nisbətən sərbəst hiss edər, ustadımızın ömür yolunun, xarakterinin, xasiyyətinin hər dəfə bir məqamını, məziyyətini kəşf edərdik.

Nəsir müəllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Ancaq zənnimizcə, Nəsir müəllimin əsil universiteti “Bakı” və “Baku” qəzetləri olub. Tarix elmləri namizədi, professor Nəsir İmanquliyev universitet auditoriyalarında tələbələrə yalnız jurnalistikanın əsaslarını öyrədirdi. “Bakı” və “Baku”nun “auditoriyalarında” isə bizə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri, ən başlıcası isə, Nəsir İmanquliyev şəxsiyyətinə xas olan xeyirxahlıq, alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət və böyüklük - ağsaqqallıq, təmkinlilik kimi məziyyətləri təlqin edirdi. Məhz bu amillərə əsasən, tam məsuliyyət hissi ilə deyirik ki, Nəsir müəllim özünün jurnalistika məktəbini yaratmışdır.

Təbii ki, ustadların məktəbi olur və bu ali məqama, mərtəbəyə çatmağın necə çətin və şərəfli olduğunu bilmək üçün Nəsir müəllimin ömür yoluna ötəri bir nəzər salmaq da kifayətdir. 1932-ci ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin tapşırığı ilə “Kommunist” (indiki “Xalq qəzeti”) qəzeti redaksiyasında işə qəbul olunan Nəsir müəllim taleyini birdəfəlik jurnalistikaya bağlamış, sonralar “Gənc işçi”, “Yeni yol” qəzetlərində, müharibə illərində cəbhə qəzetində, sonra sərasər 24 il yenə də “Kommunist”də şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində çalışmışdır. Bir müddət Bakı Şəhər Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdiri, Mərkəzi Komitədə həmin şöbənin müdir müavini, Radio Verilişləri Baş İdarəsinin rəisi, Azərbaycan Radio-Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini işləmiş, nəhayət, 1958-ci ildə “Bakı” qəzetini (1963-cü ildə isə həm də “Baku”nu) yaradaraq, tam 30 il bu nəşrlərin dəyişməz redaktoru olmuşdur.

Nəsir müəllimin jurnalistika məktəbinin yetirmələri o vaxtlar da, elə indinin özündə də Azərbaycanın aparıcı mətbuat orqanlarında çalışır, dəst-xətləri ilə seçilirlər. Adları milli mətbuatımızın tarixinə düşmüş jurnalistlərin bütöv bir nəsli, sözün həqiqi mənasında, Nəsir İmanquliyev məktəbinin yetirməsidir, necə deyərlər, onun “şinelindən” çıxmışdır. Nəsir müəllimin məktəbi təkcə istedadlı jurnalistlər deyil, həm də görkəmli elm və ədəbiyyat xadimləri yetirmişdir. Sonralar Azərbaycan ədəbiyyatının tanınmış simaları olan bir sıra yazıçılar, şairlər, alimlər ilk yaradıcılıq addımlarını “Bakı” qəzetində atmışlar. “Bakı” həmçinin bütöv bir ədəbi nəslin yeni əsərlərinin işıq üzü gördüyü qəzet olmuşdur. Bu barədə çox zəngin bir siyahı tərtib etmək mümkündür. Ancaq biz qəzet məqaləsinin verdiyi imkan daxilində tanınmış ədəbi simalarımızın Nəsir müəllim haqqında dəyərli xatirələrindən bəzi seçmələri diqqətə çatdırmaqla kifayətlənəcəyik.

Xalq yazıçısı Elçin həyatdan vaxtsız köçmüş məşhur şərqşünas alim, Nəsir müəllimin gözünün ağı-qarası olan ciyərparəsi Aida İmanquliyeva haqqında “Dünyanın möhnəti və ziynəti” adlı məqaləsində yazır: “Görkəmli jurnalist Nəsir İmanquliyev bizim, yəni altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin dostu və xeyirxahı idi. Onun bizə bu münasibəti uzun müddət baş redaktoru olduğu “Bakı” qəzetində həmişə özünü göstərirdi. Mənim ilk yazılarımın bir çoxu o qəzetdə dərc edilmişdi. Haqqımdakı ilk məqaləni də o qəzet çap etmişdi və bizim Nəsir müəllimə xüsusi hörmətimiz var idi”.

Xalq yazıçısı Qılman İlkin xatirələrinin birində deyir: “Nəsir İmanquliyev Azərbaycan ədəbiyyatının dostu idi. Ədəbi mühitdə qaldırılmış mühüm məsələlərin müzakirəsində “Bakı” qəzeti həmişə fəal iştirak edər və həmişə də düzgün mövqe nümayiş etdirərdi. Mən də uzun müddət şəhər qəzeti ilə yaxından əməkdaşlıq etmişəm. Əmək adamlarının həyatından bəhs edən silsilə oçerklərim bu qəzetin səhifələrində dərc olunmuşdur. Həmçinin, “Müsəmmərin kirayənişinləri” və “Bir gecənin ömrü” povestlərimi, çoxsaylı hekayələrimi oxuculara birinci olaraq “Bakı” qəzeti çatdırmışdır. Azərbaycan poeziyası, nəsri, dramaturgiyası və ədəbiyyatşünaslığının ötən əsrin ikinci yarısında yaşayıb-yaratmış simalarının hər hansı birini dindirsəniz, yaxud xatirələrini vərəqləsəniz, Nəsir müəllim haqqında mənim fikirlərimdən də dəyərli fikirlər eşidəcək və oxuyacaqsınız”.

Qılman müəllimin sözlərinə qüvvət, biz (əlbəttə, başqaları da) müxtəlif tədbirlərdə, mərasimlərdə məşhur insanların, tanınmış ədəbiyyat, mədəniyyət və mətbuat xadimlərinin Nəsir müəllim və “Bakı” – “Baku” qəzetləri haqqında necə böyük məhəbbətlə, dərin iftixar hissi ilə danışdıqlarının dəfələrlə şahidi olmuşuq. Bu sətirlərin müəlliflərindən biri 1999-cu ilin mart ayında akademik Bəkir Nəbiyevlə birlikdə müqəddəs Məkkədə həcc ziyarətində olmuşdur. Zəvvarlar arasında jurnalistlərin, həmçinin “Bakı” qəzeti əməkdaşının da olduğuna çox sevinən Bəkir müəllim asudə vaxt tapan kimi onları başına yığır, şəhər qəzetində çalışdığı gənclik illərini yada salır, Nəsir müəllimlə bağlı maraqlı, ibrətamiz xatirələr söyləyirdi. Belə söhbətlərin birində qeyd edildi ki, bu gün (martın 6-sı idi) Nəsir müəllimin vəfatının bir ili tamam olur. Bəkir müəllim təklif etdi ki, gəlin, şeyxə deyək, yığışıb xatirə mərasimi keçirək, ehsan süfrəsi açaq, Quran tapşırtdıraq.

Şeyxülislam hacı Allahşükür Paşazadə təklifi yüksək dəyərləndirdi və Azərbaycanın Səudiyyə Ərəbistanında o vaxtkı səfiri Elman Araslı, səfirliyin işçiləri və xeyli zəvvarın iştirakı ilə xatirə mərasimi keçirildi. Akademik Bəkir Nəbiyev, şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin dosenti İslam Əliyev Nəsir müəllimin müdrikliyi, nəcibliyi, xeyirxahlığı və milli mətbuatımızda bir sıra yeni ənənələrin təməlini qoyan novator redaktor olması barədə çox qiymətli fikirlər söylədilər.

Nəsir müəllimin layiq görüldüyü “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar jurnalist” fəxri adları onun mətbuatımızın inkişafındakı əvəzsiz xidmətlərinin rəsmi təsdiqidir. Ancaq qətiyyətlə demək olar ki, bu fədakar insanın banisi olduğu və otuz il sükanı arxasında vüqarla dayanaraq daim irəli apardığı, inkişaf etdirdiyi, övladı qədər sevdiyi, uğurlarından sonsuz iftixar hissi duyduğu “Bakı” qəzetinin 1958-ci il yanvarın 10-da nəşrə başlaması Azərbaycan mətbuatının tarixində milli hadisədir. Bu qəzet işıq üzü görməsi ilə o dövrün ciddi siyasi buxovları çərçivəsində sıxılan milli mətbuatımıza yeni nəfəs, yeni ruh, yeni dəst-xətt gətirmişdir. Oxucuların yaşlı nəslinin nümayəndələri hər gün axşamçağı “Bakı” və “Baku” qəzetləri üçün köşklərin qarşısında növbəyə dayandıqları vaxtın xiffətini çəkdiklərini indinin özündə də xoş duyğularla dilə gətirirlər. Milli mətbuatımızın indi üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir müəllim rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə böyük üstünlük verirdi. Bu, şəhər qəzetlərini o zaman digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi.

Fərqləndirici cəhətlərdən söz düşmüşkən, xatırlatmağı özümüzə borc bildik ki, mətbuatımızın tarixində 30 il fasiləsiz redaktor işləmək, hər həftə iki dildə bir-birini təkrarlamayan 12 nömrə qəzet buraxmaq, müxtəlif millətlərə, müxtəlif zövqlərə, fərqli düşüncələrə mənsub böyük bir kollektivi söz-söhbətsiz, dəqiq saat mexanizmi kimi işlətmək heç də hamıya nəsib olan hünər deyildir. Təkcə bu faktın özü Nəsir müəllimin ağsaqqallığı, idarəçilik üslubu, redaktorluq məharəti, ustalığı və ustadlığı haqqında çox söz deyir.

Nəsir müəllimə cəmiyyətdə, kollektivdə, dost-tanışları arasında nüfuz qazandıran nəcib xüsusiyyətlərindən biri də onun obyektivliyi, işçilərini ayağa verməməsi, çətinə düşəndə onlara arxa-dayaq olması idi. Adətən, rəhbərlər işçini işdən çıxarmaqla hədələyirlər, Nəsir müəllim isə səhvə yol verəni işdən çıxarmamaqla qorxudar, necə deyərlər, danlayıb suyunu çıxarar, üstündən 5-10 dəqiqə keçməmiş çağırıb könlünü alar, elə öyüd-nəsihət verərdi ki, bir daha qəbahət etməyə adamın cürəti çatmazdı.

Redaktor-işçi münasibətlərindən söz düşmüşkən, Nəsir müəllimin portret cizgilərini tamamlayan bir ştrixi də diqqətə çatdırmaq vacibdir. Kollektivin xeyrində də, şərində də ağsaqqallığı özünə mənəvi borc bilən Nəsir müəllim tez-tez süfrə açdırıb işçiləri bir yerə yığmağı çox xoşlayırdı. Deyirdi ki, bir süfrədə halal düz-çörək kəsmək adamları mehribanlaşdırır, umu-küsüləri aradan götürür, onlarda bir-birinə hayanlıq hissi aşılayır.

Nəsir müəllim bütün ömrü boyu saysız-hesabsız adama hayan olmuş, çoxunun müşkülünü yoluna qoymuş, dar günündə əlindən tutmuşdur. Allah sevimli bəndəsi Nəsir müəllimə bir çox fəzilətlərlə bahəm mənalı cismani ömürdən əlavə, haqq dünyasına qovuşduqdan sonra qəlblərdə xoş xatirələrlə əbədi yaşamaq şərəfi də qismət etmişdir.

Artıq səkkiz ildir ki, ustadımız Nəsir müəllim əbədiyyət dünyasındadır. Bu ayrılığın Nəsir müəllimin əzizləri, doğmaları, dostları və tələbələri üçün dəqiq başlanğıc tarixi vardır: 1998-ci il 6 mart. Ancaq son tarix heç zaman olmayacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər