“Uzbekistan Airways” aviaşirkətinin təyyarəsi Çindən daha 84 Özbəkistan vətəndaşını Daşkəndə gətirib
Daşkənd, 5 fevral, AZƏRTAC
“Uzbekistan Airways” aviaşirkətinin təyyarəsi çarter reysi ilə Çinin Uxan şəhərindən 84 Özbəkistan vətəndaşını Daşkəndə gətirib.
AZƏRTAC xəbər verir ki, bunlar Uxan şəhərində təhsil alan tələbələr və orada çalışan Özbəkistan vətəndaşlarıdır.
Çindən gətirilən vətəndaşlar hava limanında ilkin yoxlamadan keçdikdən sonra müvəqqəti saxlama məntəqəsinə göndəriləcək. Onlar iki həftə ərzində müayinədən keçəcək, infeksiya aşkarlanmasa evə buraxılacaqlar. Məntəqədə olduqları müddətdə onların qohumları ilə ünsiyyət saxlamasına icazə verilməyəcək.
Xatırladırıq ki, dünən axşam saatlarında Çinin müxtəlif şəhərlərində təhsil alan və çalışan 250 Özbəkistan vətəndaşı da Daşkəndə gətirilmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd