Üzüm plantasiyalarında quru budama işləri aparılır
İsmayıllı, 4 fevral, AZƏRTAC
İsmayıllı rayonunun üzümçülük təsərrüfatlarında cari ilin yüksək məhsulu üçün mühüm aqrotexniki tədbir olan quru budama işləri aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üzümçülük sahəsi üzrə mütəxəssislər qrafikə uyğun hər gün yerlərdə olur, quru budama zamanı bar zoğlarının düzgün seçilməsi və tənəyin gücünə uyğun yükün saxlanılması üçün fermerlərə, eləcə də işçilərə məsləhətlər verirlər. Bağlarda quru budamanın fevralın sonunadək başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, üzümçülük bölgədə kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda 13 inzibati ərazi dairəsində 1087,3 hektar üzüm bağı vardır ki, bundan 979,9 hektarı bar verəndir. Keçən il bağlardan 4124 ton məhsul götürülüb.
Fermerlər plantasiyaların genişləndirilməsində maraqlıdırlar. 2018-ci ildə 22 hektar sahədə fillokseriya xəstəliyinə qarşı davamlı olan yeni üzüm bağı salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]