İDMAN
Vaqif Şirinov: Hədəfimiz boksçularımızın AİBA-nın “A” kateqoriyalı turnirində uğurlu çıxışını təmin etməkdir
![Vaqif Şirinov: Hədəfimiz boksçularımızın AİBA-nın “A” kateqoriyalı turnirində uğurlu çıxışını təmin etməkdir](/files/2019/1/1200x630/15468466422764353030_1200x630.jpg)
Bakı, 7 yanvar, Leyla Qurbanova, AZƏRTAC
Bu gün Göygöl Olimpiya İdman Kompleksində boks üzrə yığma komandamızın təlim-məşqləri başlayır. Məşqlərdə idmançıların fiziki, texniki və taktiki hazırlığı üzərində çalışacağıq. Məqsədimiz komandanın hazırlığını yoxlamaq və idmançılarımızı Nalçikdə Rusiya, Polşa və Qafqaz ölkələrinin boksçularının iştirakı ilə keçiriləcək yoldaşlıq görüşlərinə hazırlamaqdır.
Bunu boks üzrə yığma komandanın baş məşqçisi Vaqif Şirinov AZƏRTAC-a müsahibəsində deyib.
Fevralın 12-də Bolqarıstanda AİBA-nın ən güclü turnirlərindən biri olan “A” kateqoriyalı yarışın keçiriləcəyini vurğulayan V.Şirinov bildirib: “Beynəlxalq turnir ərəfəsində idmançılarımızın potensialını bir daha nəzərdən keçirəcəyik. Təlim-məşqlərdə əsas məqsəd Bolqarıstanda 40-dan çox ölkənin iştirak edəcəyi yarışda komandanın yüksək səviyyədə çıxışını təmin etməkdir. Təlim-məşqlərə 30 boksçu qatılacaq. Komandanın Göygöldə hazırlığı yanvarın 27-dək davam edəcək.