Vətən müharibəsi şəhidi Osman Manafovun doğum günündə xatirəsi anılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Manafov Osman Natiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini, ictimaiyyət nümayəndələri, şəhidin doğmaları Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında Osmanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.