Vətən müharibəsinin şəhidi Ələkbər Ələsgərovun ailə üzvləri ilə görüş
Bakı, 13 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş üçün Vətən müharibəsinin şəhidi Ələkbər Ələsgərovun şəxsi əşyalarını bu müəssisəyə təqdim edən ailə üzvləri ilə görüş keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik nümunəsi göstərən şəhid Ələkbər Ələsgərovun yaxınları ilə görüşdə muzeyin əməkdaşı, dosent Afət Rüstəmbəyova şəhidlərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
Sonda sərginin hazırlanması məqsədilə zəruri materialların toplanılması üçün göstərilən köməyə görə şəhidin anasına təşəkkürnamə təqdim olunub.