“Vikipediya” təlimi onlayn formatda keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” üzrə təlimçisi Nuray Tanrıverdiyeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” qrupunun könüllüsü Yusif Məmmədova onlayn təlim keçib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, onlayn təlimdə könüllüyə “Vikipediya”da məqalə yaradılması, zənginləşdirilməsi və redaktəsi qaydaları öyrədilib.
Onlayn “Vikipediya” təlimləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]