Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi

Bakı, 8 iyun, AZƏRTAC

Əbəs yerə deyilmir ki, tarix, zaman ən ədalətli hakimdir. Eyni zamanda, o da təkzibolunmaz faktdır ki, tarix heç nəyi silmir. Bütün bunların fonunda bu günümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün keçilən yolun təhlili hər zaman bir zərurət kimi qarşıda dayanır. Əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk böyük addımı atmışdısa, XX əsrin sonlarında milli azadlığına, dövlət müstəqilliyinə tam nail olmuşdur. Tarixi nailiyyətimiz olan bu müstəqilliyin daimi, sarsılmaz olması üçün hansı çətinliklərin yaşandığı unudulmamalı, keçilən yolun mərhələləri indiki və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi ilk illər tariximizə xaos, anarxiya, özbaşınalıq, bir sözlə, qara səhifə kimi yazılıb. O illərdə “Olum, ya ölüm!” dilemması qarşısında qalan Azərbaycanı bu gün qalib ölkə kimi görürüksə, bu, böyük səylərin, qətiyyətin, dövlətini, xalqını sevən və daim onun gələcəyi barədə düşünən Liderin yaratdığı möhkəm təməlin, dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf yolunun nəticəsidir. 1992-ci ildə hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından ölkəmizin yaşadığı müsibətlər bu gün tariximizin faciəli səhifələrindən biri kimi vərəqlənir.

1993-cü ilin Gəncə hadisələri məhz AXC-Müsavat hakimiyyətinin pozucu fəaliyyətinin, xalqa xəyanət yolunu tutmasının məntiqi nəticəsi idi. Yenə də tarixə müraciət etsək hər bir hadisənin baş verməsini şərtləndirən amillərin mövcudluğunu görərik. Ölkəmizdə hakimiyyət böhranı, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi məhz bu cür xəyanətkar insanların antimilli fəaliyyətləri nəticəsində dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk günlərdən başlayaraq yaşanırdı. Bu baxımdan ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra ictimai-siyasi sabitliyin yaradılması, davamlı iqtisadi inkişafın təmin edilməsi, demokratik islahatların həyata keçirilməsi və dövlət quruculuğu istiqamətində heç bir əməli addım atılmadı. Normal idarəetmə sisteminin yaradılmaması siyasi qütbləşmənin dərinləşməsinə, iqtisadiyyatın tənəzzülünə, əhalinin sosial vəziyyətinin hədsiz dərəcədə ağırlaşmasına səbəb olmuşdu. 1992-ci ildə hakimiyyəti silah gücünə mənimsəyən AXC-Müsavat cütlüyü bu çətinliklərin aradan qaldırılması istiqamətində heç bir tədbir görmədi, idarəetmə sahəsində ciddi səhvlər sonrakı proseslərin daha da dərinləşməsini şərtləndirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, hadisələri düzgün qiymətləndirmək qabiliyyətində olmayan ovaxtkı iqtidar baş verən proseslərdən nəticə çıxara bilməmiş, əksinə, şəxsi ambisiyalarının quluna çevrilərək ölkəni uçurumun astanasına gətirmişdi. Ərazilərimizin mənfur düşmən tərəfindən hissə-hissə işğal olunması, Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların siyasi maraqlarının müdafiəçisinə çevrilməsi insanların səbir kasasını doldurmuşdu. Xalqın hakimiyyətə olan nifrəti 1993-cü ilin iyununda son həddə çatmışdı. Mövcud şərait AXC-Müsavat hakimiyyətində birincilik uğrunda gedən mübarizəni daha da kəskinləşdirmişdi. Həmin dövrün iqtidarının “qəhrəman” obrazında təqdim etdiyi Surət Hüseynovla münasibətlərində yaranan ziddiyyət Azərbaycanı sürətlə vətəndaş müharibəsinə sürükləyirdi. Bir sözlə, ölkədə cərəyan edən mənfi proseslər gənc müstəqil dövlətimizi böyük təhlükələrlə üz-üzə qoymuşdu.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, həmin dövrdə istər zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdilər ki, hadisələr belə davam edə bilməz. V.Rəhimzadə deyib: “Ölkə “Olum, ya ölüm” dilemması qarşısında qaldığı belə bir məqamda xalq ayağa qalxaraq özünün xilaskarına - ulu öndər Heydər Əliyevə üz tutdu. Ulu Öndərə ünvanlanan müraciətlər təkcə xalqın sadəcə vəziyyətdən çıxış yolu axtarması deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin var olması, ilk kövrək addımlarını atan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Məhz xalqın təkidli tələbləri qarşısında aciz duruma düşən Azərbaycanın ozamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sonsuz sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Qeyd etdiyimiz kimi, həmin vaxt Gəncə hadisələri yaşanır, ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü. Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti sessiyasında Gəncə hadisələri barədə qəti fikrini bildirdi. Bu sessiya belə bir mühüm məqam ilə də yadda qaldı ki, ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Əgər Ümummilli Lider o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ən yaxşı halda ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi. Bu gün Azərbaycan adlı bir dövlətin dünyanın siyasi xəritəsində mövcudluğundan söhbət gedə bilməzdi. Bu baxımdan 1993-cü il əslində müstəqilliyimizin yenidən bərpasının ilk ili oldu”.

Ulu öndər Heydər Əliyevin tarixi qayıdışı ilə xilaskarlıq missiyasının uğurla yerinə yetirildiyini vurğulayan Vüqar Rəhimzadə deyib: “Qayıdışdan başlanan yol bugünkü uğurlara gətirib çıxardı. Azərbaycanın dünyaya səs salan bugünkü iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində məhz Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider 2003-cü ildə xalqa müraciət edərək sona çatdıra bilmədiyi işləri, layihələri özü qədər inandığı İlham Əliyevin tamamlayacağını bəyan etməklə Azərbaycanın gələcəyi üçün növbəti inamın və etimadın ünvanını göstərdi. Rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycana tarixi Zəfəri yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqləyən qalib Prezidentimiz İlham Əliyev bu gün ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır”.

YAP Xətai rayon təşkilatının sədri diqqəti bir daha tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqində müstəqilliyimizin ilk illərində yaşananlarla, ən əsası həmin dövrün iqtidarının xəyanətkar əməlləri ilə bağlı fikirlərinə və qarşıya qoyduğu vəzifələrə yönəldib: “AXC-Müsavat cütlüyünün yalnız öz maraqlarını güddüyünü qeyd edən ölkə Prezidenti həmin dövrün reallıqlarını bu suallarla xarakterizə etdi - “Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri?” Dövlət başçısı bu çağırışı etdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Bugünkü xoşbəxt həyatımız üçün biz kimə borcluyuq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib