Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Vaksinasiya prosesində fəal iştirak edək, yenidən qapanmalara yol açmayaq!

Vüqar Rəhimzadə: Vaksinasiya prosesində fəal iştirak edək, yenidən qapanmalara yol açmayaq!

Bakı, 13 avqust, AZƏRTAC

Koronavirus infeksiyasının dünyanı cənginə aldığı ötən iki ilə yaxın müddətdə Azərbaycan ilk gündən istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə bu dəhşətli bəşəri bəlaya qarşı mübarizədə ardıcıl və məqsədyönlü tədbirləri ilə fərqlənir. Əksər dövlətlərin ilk günlərdən özünəqapanmaya üstünlük vermələrinə dərhal münasibət bildirən dövlət başçısı İlham Əliyev qlobal problemə qarşı birgə mübarizənin aparılmasına, hər bir ölkənin öz təcrübəsini ortaya qoymasına çağırışlar etdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 5 milyonu qurumun ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardım üçün nəzərdə tutulan 10 milyon dollar məbləğində könüllü ianə ayırması, 30-dan çox ölkəyə humanitar yardım göstərməsi bütün bunlara əyani sübutdur. Bundan əlavə, Prezident İlham Əliyevin bəzi inkişaf etmiş ölkələrin “peyvənd millətçiliyi” siyasətinə etirazını ifadə edərək bu məsələyə münasibətdə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürməsi və həmin sənədin cari ilin mart ayında yekdilliklə qəbul edilməsi və sair kimi biri-birindən əhəmiyyətli addımları ölkəmizin bu bəladan yalnız özünün deyil, bütün ölkələrin az itki ilə çıxmasında maraqlı olduğunu nümayiş etdirir. Eyni zamanda, Azərbaycan hazırda inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırır. Hesab edirəm ki, Azərbaycanın COVID-19-la mübarizədə tətbiq etdiyi modelin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi təqdim olunması ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin əyani təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Diqqəti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə daxilində həyata keçirilən mübarizə tədbirlərinə yönəldən V.Rəhimzadə xüsusi vurğulayıb ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması, vətəndaşların beynəlxalq standartlarına uyğun tibbi yardımla təmin olunması həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. “Dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin gücləndirilməsini zərurətə çevirdi. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirilməsi görülən işlərin səmərəliliyinə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla yanaşı, sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli ”Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında görüləcək işlərin ümumi mənzərəsi təqdim olunmuşdur”, - deyə o qeyd edib

“COVID-19-la mübarizənin ilk günlərindən başlayaraq Azərbaycanda bu məqsəd üçün zəruri infrastruktur yaradıldı, bütün texniki-təşkilati məsələlər uğurla həll edildi” söyləyən baş redaktor qeyd edib ki, modul tipli 13 xəstəxana, “Yeni klinika” kimi nadir tibb müəssisəsi istifadəyə verildi. Koronavirus infeksiyasından qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına başlanıldı. Dünya ölkələrindən təcrübəli həkimlər dəvət edildi. Karantin rejimlərinin, məhdudiyyətlərin tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu. Pandemiyanın ikinci, üçüncü dalğalarının, müxtəlif ölkələrdə fərqli ştamlar haqqındakı xəbərlərin yayıldığı zamanlarda belə ölkəmizdə mübarizə tədbirlərinin gücləndirilməsinə diqqət artırıldı. Bütün bunların məntiqi nəticəsidir ki, hazırda ölkəmizdə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq peyvəndləmə prosesində iştirak edən könüllülərin sayı artmaqdadır.

Dövlətin həyata keçirdiyi bu tədbirlər fonunda son günlər daha çox nəzərə çarpan vətəndaşların daha ciddi yanaşmamasının yaratdığı problemləri təəssüflə qeyd edən V.Rəhimzadə bildirib: “Təəssüf ki, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında yenidən artım müşahidə edilməkdədir. Bu hal yenidən sərt karantin rejiminin tətbiqi məsələsini gündəmə gətirə bilər. Nəhayət, hər birimiz dərk etməliyik ki, məhdudiyyətlərin yenidən tətbiq edilməsini istəməsək də, laqeydliyimizlə, arxayınçılığımızla vəziyyətin ağırlaşmasına, virusa yoluxmanın artmasına səbəb oluruq. Statistikaya uyğun olaraq karantin rejimində sərtləşmələr və yumşalmalar müsbət addım kimi dəyərləndirilsə də, vətəndaş məsuliyyətsizliyi ciddi problemlərin yaranmasına rəvac verir. Bir neçə ay əvvəl yoluxma sayı xeyli azalsa da, iyulun sonlarından etibarən günbəgün artan rəqəmlər artıq 2 mini ötüb. Hazırkı narahatedici şərait onu deməyə əsas verir ki, əgər yoluxma sayı kəskin şəkildə artarsa, yenidən qapanmalara gedilməsi artıq qaçılmaz olacaqdır. Yoluxma hallarının kəskin artımının qarşısını almaq, sərt karantin rejiminin tətbiq edilməməsi üçün profilaktik qaydalara əməl edilməsi ilə yanaşı, vaksinasiyada sağlamlıq imkanlarımız çərçivəsində fəal iştirak etməyimiz önəmlidir. Artıq avqustun 9-dan COVID-19 əleyhinə peyvəndə əks-göstərişi olan vətəndaşlar üçün “Əks-göstəriş sertifikatı”nın verilməsinə başlanılıb. Vaksinasiya üçün əks-göstərişi olanlar ilk növbədə poliklinikalara müraciət edərək həkimlər tərəfindən müayinə olunmalıdırlar. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” veriləcək”.

Bütün bunlardan əlavə, günümüzün əsas çağırışlarını da diqqətə çatdıran V.Rəhimzadə vurğulayıb: “Qaydalara ciddi riayət edək. Arxayınçılığa son qoyaq, gigiyena və təhlükəsizlik qaydalarına əməl edək, gündəlik həyatda bu qaydaların pozulması hallarının qarşısını alaq. Mövcud vəziyyətlə əlaqədar vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunmalarına, qapalı məkanlarda maskadan istifadəyə, sosial məsafənin saxlanmasına, gigiyenik qaydalara riayətin zəruriliyinin təbliği istiqamətində işlərin gücləndirilməsinə dəstək göstərək”.

Baş redaktor onu da diqqətə çatdırıb ki, laqeydliyin və təhlükəsizlik tədbirlərinə riayət olunmamasının hansı ağır nəticələrə gətirib çıxartdığı günümüzün reallıqlarında öz əksini tapıb. “Ölkə ictimaiyyətinə əsas mesaj budur ki, yoluxma və ölüm sayında artım bu templə davam etsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər. Qonşu ölkələrdə - Gürcüstanda, Rusiyada, İranda son sutkada yoluxmalar kəskin şəkildə artıb. Təbii ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də “sos” siqnalı olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri yeni ştamların yarana biləcəyini, onların sayının artacağını bildirir. ABŞ-ın baş infeksionisti isə bildirir ki, vaksinlərə qarşı müqavimət göstərə bilən ştamlar peyda ola bilər”, - deyən Vüqar Rəhimzadə bir daha vətəndaşları məsuliyyətli olmağa, vaksinasiya prosesində fəal iştirak etməyə, ən əsası hər bir məsələnin həllində vacib amil olan maarifləndirmə işinin gücləndirilməsinə töhfələr verməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb