Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Məşğulluq strategiyasında yeni mərhələyə keçirik – MÜSAHİBƏ

Vüsal Qasımlı: Məşğulluq strategiyasında yeni mərhələyə keçirik – MÜSAHİBƏ

Bakı, 5 fevral, Vüsalə Səfərova, AZƏRTAC

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, 2020-ci ildə isə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirir. Geridə qoyduğumuz 2025-ci ildə sözügedən Tədbirlər Planının icra müddəti başa çatıb. Məşğulluq Strategiyasının icra vəziyyəti, eləcə də sürətlə dəyişən texnoloji mühitdə dünyada və ölkəmizdə əmək bazarı və məşğulluq sahəsində gedən proseslərlə bağlı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:

- Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planının icra müddəti artıq başa çatıb. Geridə qalan müddət ərzində ölkədə məşğulluq sahəsində hansı keyfiyyət dəyişiklikləri baş verib? Əmək münasibətlərinin rəsmiləşməsi, məşğulluq xidmətlərinin yenilənməsi, aktiv məşğulluq alətlərinin genişlənməsi və bacarıqların əmək bazarına uyğunlaşdırılması baxımından hansı dönüş nöqtələrini qeyd edərdiniz? Ümumilikdə, monitorinq və qiymətləndirmə prosesi bu mərhələnin nə ilə yadda qaldığını göstərir?

- Əvvəlcə qeyd edim ki, “2019-2030-cu illər üçün Məşğulluq Strategiyası” Prezidentin müvafiq Sərəncamı ilə 2005-ci ildə qəbul edilmiş Strategiyanın (red. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2006–2015-ci illər) məntiqi davamı, o cümlədən daha geniş dövrü və daha vacib məsələləri əhatə edən strateji sənəddir. Əgər birinci strategiya sənədində məqsəd əmək ehtiyatlarından səmərəli istifadə ilə əhalinin məşğulluğunu təmin etmək idisə, cari məşğulluq strategiyasında məsələyə daha geniş baxılaraq diqqət sadəcə “iş yerlərinin sayına” yox, əmək bazarının keyfiyyətinə yönəldilir. Yəni bu strategiyada bir tərəfdən əmək bazarının tənzimlənməsinə dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulub, digər tərəfdən isə işçi qüvvəsinin bacarıqlarının artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin daha da genişlənməsi prioritet kimi qarşıya qoyulub.

Təbii ki, icrası başa çatan Tədbirlər Planında yer alan tədbirlər qeyd edilən məqamların reallaşmasında mühüm rol oynayıb. Suala cavab olaraq qeyd edə bilərəm ki, birinci böyük keyfiyyət dəyişikliyi əmək münasibətlərinin daha çox rəsmi müstəviyə çıxması və şəffaflığın artması ilə bağlıdır. Əmək müqavilələrinin sayındakı artım da bu faktı təsdiqləyir. Belə ki, 2019-cu illə müqayisədə əmək müqavilələrinin sayında 500 mindən çox artım müşahidə edilib və hazırda əmək müqavilələrinin sayı 1 milyon 900 mindən çoxdur. Burada söhbət təkcə rəqəmlərin artımından getmir, eyni zamanda, əsas məqam odur ki, əmək müqavilələrinin sayının artması işçinin hüquqlarını, sosial sığorta mexanizmlərinin işləkliyini və ümumilikdə şəffaf mühiti gücləndirən fundamental amildir.

İkinci strateji dəyişiklik məşğulluq xidmətlərinin yeni modelinin formalaşması, başqa sözlə aktiv vasitəçi və yönləndirici funksiyaya keçməsidir. Yəni dövlət məşğulluq xidməti yalnız işsizliyi qeydiyyata alan qurum kimi yox, iş axtaranı əmək bazarına hazırlayan, peşəyönümü verən, işəgötürənlə əlaqəni sistemləşdirən bir infrastruktur kimi formalaşıb. Bu yanaşma xüsusilə gənclər və həssas qruplar üçün vacibdir. Çünki doğru peşə seçimi, düzgün yönləndirmə və real vakansiyalarla uyğunlaşdırma nəticədə uzunmüddətli məşğulluq keyfiyyətini formalaşdırır.

Üçüncü mühüm istiqamət aktiv məşğulluq alətlərinin daha geniş tətbiqi və bu alətlərin məzmun baxımından təkmilləşmə tendensiyasıdır. Özünüməşğulluq, peşəyönümü, birgə maliyyələşmə və bacarıq artırma kimi tədbirlər təkcə sosial dəstək mexanizmi deyil, daha çox insanın əmək bazarına çıxışını təmin edən investisiya alətləridir. Burada əsas prinsip dayanıqlı məşğulluğu təmin etmək və davamlılıq yaratmaqdır. Rəqəmlərlə ifadə etsək deyə bilərik ki, 2020-2025-ci illərdə təxminən 100 min nəfər özünüməşğulluq proqramına cəlb olunub, 4600 nəfərdən çox şəxs əməkhaqqının birgə maliyyələşməsindən faydalanıb, 916 mindən çox şəxsə isə məşğulluq tədbirləri çərçivəsində peşəyönümlü məsləhət xidmətləri göstərilib.

Ümumilikdə, ən vacibi Məşğulluq Strategiyasının icrasında 2020-2025-ci il mərhələsi növbəti dövrdə daha iddialı hədəflər müəyyən etmək üçün institusional təməl formalaşdırıb. Bundan sonrakı mərhələdə əsas çağırış bu təməli daha da möhkəmləndirmək, bacarıqlar ekosistemini bazarla daha güclü şəkildə əlaqələndirmək və məlumat əsaslı qərarverməni tam işlək hala gətirmək olacaq.

- Son illər dünyada əmək bazarı çox sürətlə dəyişir. Rəqəmsallaşma, süni intellektin tətbiqi, platforma məşğulluğu, distant iş modelləri və yeni sənaye siyasətləri bir çox ölkələrdə həm yeni peşələr yaradır, həm də mövcud peşələrin məzmununu dəyişir. Bu qlobal transformasiya fonunda, sizcə, Azərbaycanın əmək bazarı hansı tendensiyalarla üz-üzədir? 2020–2025-ci illər mərhələsində atılan addımlar bu dəyişikliklərə uyğunlaşma baxımından nə verdi və növbəti dövrdə hansı istiqamətlərə daha çox fokuslanmaq lazımdır ki, bacarıqların əmək bazarının tələblərinə uyğunlaşdırılması daha sürətli getsin və insan kapitalının rəqabət qabiliyyəti davamlı şəkildə artsın?

- Doğrudur, hazırda qlobal əmək bazarında çox ciddi bir transformasiya gedir və bu transformasiya təkcə “yeni peşələr” demək deyil. Bu proseslərin ən önəmli xüsusiyyəti odur ki, artıq təkcə yeni peşələr yaranmır, mövcud peşələrin də məzmunu yenilənir və işçi qüvvəsindən daha çevik, daha analitik və rəqəmsal bacarıqlar tələb olunur. Son 10 ildə dünyada məşğulluğun strukturu baxımından əhəmiyyətli dəyişikliklər baş verib. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, 2023-cü ildə dünyada işçilərin 6,5 faizi elə peşələrdə çalışır ki, əgər 10 il əvvəlki məşğulluq strukturu eyni qalsaydı, bu şəxslər həmin sahələrdə işləməyəcəkdilər.

Bizim üçün sevindirici məqam ondan ibarətdir ki, 2020–2025-ci illər mərhələsində həyata keçirilən tədbirlər məhz bu dəyişikliklərə uyğunlaşmaq üçün zəruri institusional baza formalaşdırıb. Məşğulluq xidmətlərinin yeni modelinin qurulması, aktiv məşğulluq alətlərinin genişlənməsi, peşəyönümü və bacarıq artırma tədbirlərinin daha sistemli tətbiqi, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması, eləcə də əmək bazarında şəffaflığın güclənməsi – bunların hamısı qlobal transformasiya fonunda ölkənin “adaptasiya imkanları”nı artıran addımlardır.

Təbii ki, belə bir transformasiya dövründə diqqətdə saxlanmalı məqamlar da var. Əmək bazarında tələb olunan bacarıqlar dinamik dəyişdiyi üçün əsas məqsədlərdən biri də odur ki, təlim və bacarıq artırma mexanizmləri bu dəyişikliklərlə eyni tempdə hərəkət etsin və əmək bazarında uyğunlaşdırma prosesi daha da sürətlənsin. Eyni zamanda, yeni iş formatları genişləndikcə, əmək münasibətlərinin tənzimlənməsi və sosial müdafiə mexanizmlərinin də bu reallığa uyğun şəkildə təkmilləşdirilməsi diqqətdə saxlanılmalıdır.

Növbəti mərhələdə isə üç əsas istiqamət xüsusilə önə çıxır. Birincisi, bacarıqlar ekosisteminin əmək bazarı ilə daha sıx bağlanmasıdır. Yəni işəgötürənlərin tələbi və təlim məzmunu arasında əlaqə daha da gücləndirilməlidir. İkincisi, yenidən ixtisaslaşdırma (reskilling) və bacarıqların artırılması (upskilling) yanaşmasının miqyasının artırılmasıdır. Çünki artıq təkcə gənclər deyil, əmək bazarında olan çalışanlar da davamlı şəkildə yeni bacarıqlar qazanmalıdır. Üçüncüsü isə əmək bazarı məlumatlarının və proqnozlaşdırma imkanlarının daha da inkişaf etdirilməsidir ki, siyasət qərarları daha operativ və daha dəqiq əsaslandırılsın.

Ümumilikdə, məqsəd qlobal dəyişiklikləri “təhlükə” kimi yox, iqtisadiyyatın modernləşməsi və insan kapitalının inkişafı üçün “imkan pəncərəsi” kimi dəyərləndirməkdir ki, Azərbaycan əhalisində gənc əhalinin üstünlüyü də buna imkan verir. Məşğulluq Strategiyasının bu mərhələsi bu baxımdan düzgün istiqamətdə ciddi institusional təməl yaradıb və indi əsas hədəf həmin təməl üzərində daha yüksək məhsuldarlıq və daha keyfiyyətli məşğulluq nəticələrini davamlı şəkildə gücləndirməkdir.

- Əvvəlki sualın davamı olaraq soruşmaq istərdim ki, bu gün dünyada enerji, nəqliyyat və infrastruktur kimi sahələrdə “yaşıl keçid” yeni iş imkanları və bacarıq tələbləri yaradır. Azərbaycanın bu prosesdə imkanlarını necə görürsünüz və əmək bazarına təsirini necə qiymətləndirirsiniz?

- Yaşıl keçid artıq sadəcə ekoloji gündəm deyil, eyni zamanda, iqtisadiyyatın strukturunu və əmək bazarının tələbini dəyişən qlobal transformasiyadır. Bu yeni investisiya dalğasıdır və məşğulluq üçün real bazar yaradır. Dünya İqtisadi Forumunun (DİF) bu ilki illik toplantısında gedən müzakirələrdə səslənən fikirlərdən birinə istinadən deyə bilərəm ki, bərpaolunan enerjiyə qoyulan investisiyalar 3 qat daha çox iş yeri yaradır. Yəni bu, təkcə enerji istehsalı deyil, paralel olaraq layihələndirmə, tikinti-quraşdırma, istismar, texniki xidmət, şəbəkə modernləşməsi və yerli təchizat zəncirləri deməkdir. Bütövlükdə baxdıqda istər süni intellekt, istərsə də yaşıl keçid kimi müasir tendensiyalar tamamilə yeni peşələrin yaranmasından daha çox mövcud peşələrin yenilənməsidir. Bu da təbii olaraq əvvəlcə də qeyd etdiyim kimi, yenidən ixtisaslaşdırma (reskilling) və bacarıqların artırılmasını (upskilling) zəruri edir. Azərbaycan üçün bu, xüsusilə aktualdır. Bildiyiniz kimi, Azərbaycan böyük həcmdə bərpaolunan enerji potensialına malikdir. Təkcə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı 10 min meqavat gücündə qiymətləndirilir. Bundan başqa, bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücünün ümumi gücdə payı 20 faizdən çoxdur və bu mənbələr hesabına istehsal olunmuş elektrik enerjisinin payı son 5 ildə davamlı olaraq artmaqdadır. Təbii ki, bu potensial enerji sektorunda və onun ətraf dəyər zəncirlərində yeni peşə tələbləri yaradır. Burada belə bir sual ortaya çıxır ki, bu prosesi necə idarə etmək olar? Cavab: “Strateji fokus”la. “Strateji fokus” məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Ölkə olaraq bizim Prezidentin rəhbərliyi ilə artıq müəyyən edilmiş inkişaf gündəliyimiz var və bu gündəlik beş milli prioritet əsasında qurulub. Yəni biz yaşıl keçidə “təsadüfi trend” kimi yox, milli inkişaf xəttimizin məntiqi tərkib hissəsi kimi baxırıq.

Yekun olaraq demək istərdim ki, yaşıl keçid Azərbaycanın əmək bazarı üçün böyük imkanlar açır. Bizim həm strateji fokusumuz, həm də obyektiv potensialımız var. İndi əsas hədəf bu potensialı düzgün idarəetmə ilə daha çox keyfiyyətli iş yeri, daha müasir bacarıqlar və daha yüksək əmək məhsuldarlığı təmin edən real nəticələrə çevirməkdir. Məhz Məşğulluq Strategiyası orta və uzunmüddətli dövrdə bu nəticələrə gəlməyə imkan verir.

- Son olaraq, növbəti mərhələyə keçiddə həm ümumi, həm də monitorinq və qiymətləndirmə prizmasından hansı əsas məsələləri vurğulamaq istərdiniz?

- Burada ən əsas mesaj odur ki, məşğulluq siyasəti artıq yalnız qısamüddətli tədbirlərin cəmi deyil, orta və uzunmüddətli nəticə tələb edən kompleks bir sistemdir. Monitorinq və qiymətləndirmə prizmasından baxanda, 2020–2025-ci illər mərhələsi göstərdi ki, institusional yanaşma formalaşdıqca nəticələr daha ölçülə bilən və daha dayanıqlı olur.

Ümumi prizmadan baxanda ikinci vacib mesaj ondan ibarətdir ki, dünyada sürətlə dəyişən texnoloji və iqtisadi mühitdə məşğulluq məsələsini yalnız “iş yeri yaratmaq” çərçivəsində izah etmək kifayət etmir. Burada hədəf keyfiyyətli məşğulluq, bacarıqların bazarla uyğunluğu və əmək məhsuldarlığının artımı ilə birgə düşünülməlidir. Çünki uzunmüddətli dayanıqlılıq məhz bu üç xəttin eyni vaxtda irəliləməsindən asılıdır.

Nəhayət, növbəti - 2026-2030-cu illər mərhələsinə keçiddə ən vacib mesaj budur ki, ölkənin “strateji fokus”u artıq müəyyən edilib və bu xəttin içində məşğulluq gündəliyi də öz yerini tutmalıdır. İndi əsas məsələ formalaşmış mövcud institusional təməli möhkəmləndirməklə bacarıqlar ekosistemini bazarla daha sıx əlaqələndirmək və məlumat əsaslı qərarverməni daha sistemli hala gətirməkdir. Bu yanaşma nəticəsində həm vətəndaşlar üçün daha dayanıqlı və layiqli iş imkanları genişlənəcək, həm də iqtisadiyyat daha rəqabətqabiliyyətli insan kapitalı üzərində inkişaf edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycanın mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat