“Williams” Formula 1 mərhələlərinin sayının azalmasının tərəfdarıdır
Bakı, 20 avqust, AZƏRTAC
“Williams” komandası rəhbərinin müavini Kler Uilyams Formula 1 çempionatının təqviminin 22 mərhələyədək gözlənilən genişləndirilməsinə qarşı çıxış edib. Bundan başqa, o, Qran-prilərin sayının mövsüm ərzində azaldılmasını daha münasib hesab edir.
AZƏRTAC “F1i” portalına istinadla bu barədə xəbər verir.
K.Uilyams deyib: “Fikrimcə, bizim limit müəyyən etməyimiz vacibdir. Bu limit ildə 21 yürüşü keçməməlidir. Şəxsən mən istərdim ki, Qran-prilərin sayı aşağı salınsın. Təkliflər artdıqca tələbat aşağı düşür. Bu, iqtisadiyyatın əsaslarındandır. Avtomobil idmanında da məhz belədir. Bundan başqa mərhələlərin həddən artıq çoxluğu çempionatı dəyərdən salır.
Həmçinin əməkdaşlar barədə də düşünmək lazımdır. Onların yüklənməsi daim arta bilməz. İri komandalar ikinci tərkibə də heyət toplaya bilərlər. Lakin bizim kimi kiçik komandalara bunun aidiyyəti yoxdur. 21-dən çox mərhələ ideyası “Williams” kimi komandalara uyğun gəlmir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [23:28]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]