“Wizz Air Abu Dabi” aviaşirkəti Bakıya ilk reysini yerinə yetirib
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 14-də “Wizz Air Abu Dabi” aviaşirkəti ilk Abu-Dabi-Bakı reysini yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, “Airbus321-100” markalı təyyarə Bakı vaxtı ilə saat 21:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təyyarə ənənəvi olaraq su arkası ilə qarşılanıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Wizz Air Abu Dabi” aviaşirkəti həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Bakıya uçuşlar həyata keçirəcək. Biletləri “wizzair.com” saytından əldə etmək mümkündür.