Azərbaycan Dövlət İnformasiya Agentliyi

X X X

Sənədlərin imzalanması başa çatdıqdan sonra iki ölkənin hökumət rəhbərləri jurnalistlərin suallarına cavab verdilər.

- Bugünkü danışıqlar zamanı nə kimi razılaşmalar əldə edildi və siz onlardan hansılarını iki ölkənin ticarət-iqtisadi münasibətlərinin inkişafı üçün əsas adlandıra bilərsiniz?

MİXAİL FRADKOV: Biz kifayət qədər məsələlər müzakirə etdik. O cümlədən neft-qaz sahəsində, elektroenergetika əməkdaşlığı, maşınqayırmada, metallurgiyada, sənaye kooperasiyasında, yüksək texnologiyalar sahəsində əlaqələri genişləndirməyin mümkünlüyünü. Bildirdik ki, yaxşı perspektivlərimiz var və biz enerji bazarlarında bir-birimizi tamamlaya, hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, sənayedə əlaqələri dərinləşdirə bilərik. Özü də, bu, təkcə hərbi əməkdaşlıq sahəsi kimi deyil, həm də yüksək texnologiyalar sahəsində əməkdaşlıq kimi nəzərdə tutulmalıdır.

Bu gün imzalanmış sənədlər müqavilə-hüquqi bazanı möhkəmləndirir, bu zəmində uğurlu və səmərəli əməkdaşlığı davam etdirməyə imkan verir. Buraya həm hərbi-texniki əməkdaşlıq sahəsində intellektual mülkiyyətin qorunması, həm də kommunikasiyalar, poçt rabitəsi və bank sahəsində razılaşmalar daxildir. Kredit təşkilatlarına nəzarət haqqında saziş imzalamaqla, əslində, banklarımızın əməkdaşlığını dərinləşdiririk. Bütün bunlar nəinki ildən-ilə artan və bu il 1,5 milyard dollara yaxınlaşmış ticarətin həcmini genişləndirmək üçün, həm də siyasi məsələlərdə, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə çıxmaq üçün yaxşı zəmin yaradır.

2005-ci ildə Rusiyada Azərbaycan İli və 2006-cı ildə Azərbaycanda Rusiya İli keçirilməsinin nəticələri mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində mövqelərin yaxınlaşdığını təsdiq edir. Bu gün biz həmkarım Artur Rasizadə ilə Azərbaycanda Rusiya İlinin bağlanışı mərasimində iştirak edəcəyik.

- İkitərəfli münasibətlərin səviyyəsini və gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

MİXAİL FRADKOV: İkitərəfli münasibətlərin səviyyəsi kifayət qədər yüksəkdir, bütün istiqamətlərdə dinamik inkişaf edir, perspektivlər yaxşıdır. Hökumətlərarası komissiya işləyir və icra hakimiyyəti səviyyəsində əlaqələndirməni həyata keçirir. İkitərəfli münasibətlərin perspektivləri, regional səviyyədə fəaliyyətimizin əlaqələndirilməsi ümidvericidir.

- Məlum olduğu kimi Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı dövlətlərarası münasibətlərin yeni səviyyəyə qaldırılmasının zəruriliyi barədə razılıq əldə edilmişdir. Sizin fikrinizcə, bu istiqamətdə irəliləyişə nail olunubmu, Azərbaycan məqsədə çatmaq üçün hansı tədbirləri görür?

ARTUR RASİZADƏ: Bizim üçün Rusiya ilə münasibətlər strateji və tərəfdaşlıq xarakteri daşıyır və onların səviyyəsini yüksəltmək üçün bütün sahələrdə iş görülür. Siyasi sahədə ölkə rəhbərlərinin müntəzəm səfərləri, görüşləri keçirilir. Bu gün Rusiyadan hökumət sədrinin başçılığı ilə nüfuzlu nümayəndə heyəti gəlmişdir. Qısaca qiymət verməli olsaq, bizim münasibətlərimiz digər dövlətlər üçün nümunə ola bilər. İki ölkə arasında bütün sahələrdə mehriban qonşuluq, dostluq münasibətləri yaranmışdır. Mixail Yefimoviç ilə bu barədə fikir mübadiləsi apardıq. Şükürlər olsun ki, bizim Rusiya ilə, demək olar ki, problemimiz yoxdur, Allah eləsin, bundan sonra da olmasın. Hökumətlər qarşısında qoyulan vəzifə uğurla yerinə yetirilir. Perspektivlərə gəldikdə isə, bunlar böyükdür. Mən Rusiyanın və Azərbaycanın iqtisadiyyatlarının artım sürətini nəzərdə tuturam. Bu il Azərbaycanda ÜDM-in həcmi 36 faiz, dörd ilə isə iki dəfə artacaqdır. Yəni inkişaf qarşılıqlı əlaqələri, ortaya çıxan məsələlərin həllini də tələb edir. Təkcə son bir neçə ildə biz Rusiyadan 5 tanker və bir quru yük gəmisi almışıq. Sovet dövründə bunu etmək mümkün deyildi. Bu, yalnız bir misaldır. Mən Rusiya hökumətinin sədri ilə razıyam ki, biz təkcə razılığa gəldiyimiz və nəticələr əldə etdiyimiz sahələrdə əməkdaşlığı inkişaf etdirməklə yanaşı, qarşılıqlı əlaqələrin yeni sahələrini də axtarıb tapmalıyıq. Bunlar asanlıqla həll olunan məsələlər deyil, lakin ölkələrimiz arasında yaranmış tarixi münasibətlərimiz zəminində inkişaf perspektivlərini əsas götürsək, həyat özü bizi irəliləməyə vadar edir. Buna görə də mən münasibətlərimizi çox yüksək qiymətləndirirəm və onları daha yüksək səviyyəyə qaldırmaq üçün öz tərəfimizdən lazım olan bütün tədbirləri görəcəyik.

- Azərbaycana qaz verilməsi və onun qiyməti məsələsi necə həll olunur?

MİXAİL FRADKOV: Biz qarşılıqlı əlaqələrimizin bu sahəsində işlərin vəziyyətindən razıyıq. Siz istər Rusiyanın daxili bazarı, istərsə də ixrac üçün qazın qiymətlərinə dair qəbul edilən qərarlardan xəbərdarsınız. Biz bir neçə il ərzində ixrac üzrə və Rusiyanın daxili bazarında qaz sahəsində bərabər gəlir səviyyəsinə çıxmağı planlaşdırırıq. Bu isə elektrik enerjisinin qiymətlərinə təsir göstərəcəkdir. Bu, Azərbaycanla ikitərəfli münasibətlərimizdə belə məsələlərin dəqiqləşdirilməsini də istisna etmir. Məlumdur ki, biz qazın min kubmetrinin qiymətini şirkətlər səviyyəsində 230 dollaradək artırmaq barədə təklif irəli sürmüşük. Bununla əlaqədar göndərilən qazın həcmi də dəqiqləşdirilir. Azərbaycanda yeni yataq işə salınır. Biz buna çox şadıq, “Şahdəniz” yatağında qaz hasilatının həcmi bu ilin sonu və gələn ilin əvvəlində artırılacaqdır. Biz onu əsas tuturuq ki, Azərbaycan öz tələbatını öz hasilatı ilə təmin edə bilər. Bu, ölkələrimiz arasında həmin sahədə əməkdaşlığın genişlənməsini qətiyyən istisna etmir, əksinə bunu dərinləşdirməyə, üçüncü ölkələrin bazarlarında, regional bazarlarda səyləri birləşdirməyin mümkünlüyünü nəzərdən keçirməyə, Azərbaycanın yeraltı qaz anbarlarının mövcud potensialından istifadə etməyə imkan verir.

ARTUR RASİZADƏ: Biz “Qazprom” qarşısında öhdəliklərimizi həmişə yerinə yetirmişik. Alınan qazın haqqının ödənilməsi cədvəlləri bir dəfə də pozulmayıbdır. Biz “Qazprom”dan qazın həcminə dair təklif almışıq – söhbət min kubmetri 230 dollar olmaqla, 1,5 milyard kubmetr qaz göndərilməsindən gedir. Cari ildə bu rəqəm 4,5 milyard kubmetr təşkil edəcəkdir. Təklifə baxılır. Biz qazın həcminin və qiymətinin necə olacağını hələlik deyə bilmərik. Demək istəyirəm ki, qazın sahibi Rusiyadır. O, öz qazını qiymətqoymanın dünyadakı meyilləri bazasında təklif edir. Biz Rusiyanın mövqeyini başa düşməliyik. Başa düşmək bir şeydir, kimin nə istədiyi isə başqa şeydir. Təbii ki, mətbuatda və ictimaiyyətdə sual doğacaq ki, nə üçün qazın qiyməti belə sürətlə qalxır? Bəzi ölkələr üçün istisna mümkündürmü? Təkrar edirəm, qazın sahibi Rusiyadır. Nə kimi qərar qəbul ediləcəyini gələcək danışıqlar prosesi göstərəcəkdir. Müxtəlif ölkələr üçün qiymət məsələsi də başadüşüləndir. Biz Mixail Yefimoviçlə fikir mübadiləsi apardıq və mən bildirdim ki, biz yanacağın dünya qiymətindən danışarkən, yanacağı dünya qiymətlərinə alan ölkələrdə texnoloji proseslərin səviyyəsini nəzərə almaq lazımdır. Etiraf etmək lazımdır ki, təəssüflər olsun, biz belə səviyyəyə çıxmamışıq. Mən qənaətli texnologiyaları, bu və ya digər məhsulun istehsalına çəkilən xərcləri nəzərdə tuturam.

Azərbaycan öz inkişafının, o cümlədən də yanacaq-energetika sahəsində inkişafının elə bir səviyyəsindədir ki, istər əhalinin, istərsə də iqtisadiyyatın enerji ehtiyatlarına olan bütün tələbatını ödəməyə imkanımız var.

- Azərbaycan nə vaxt Rusiyadan qaz almadan keçinə bilər? O, öz tələbatını özü nə vaxt tam ödəyəcəkdir?

ARTUR RASİZADƏ: Gələn ilin yanvarın 1-dən.

- Siz Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını davam etdirəcəksinizmi?

ARTUR RASİZADƏ: Biz bu neft kəmərinin işləməsində maraqlıyıq. Amma bir məsələni nəzərə alın. İndi o, neftin Supsaya, Qara dəniz sahilinə nəqli ilə müqayisədə 5 dəfə baha başa gəlir. Bu, əvvəlcədən şərtləşdirilmişdir və biz həmin tarifə bu günədək əməl edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

FHN: Xırdalandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı