“XAÇMAZ” ENERJİ QOVŞAĞINDA PROQNOZA ARTIQLAMASİLƏ ƏMƏL OLUNMUŞDUR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci rübündə “Xaçmaz” Enerji Qovşağında elektrik enerjisinin istehsalı nəzərdə tutulan 121 milyon kilovat-saat əvəzinə 129 milyon kilovat-saatdan artıq olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon kilovat-saat çoxdur.
Elektrik stansiyasının texniki-iqtisadi göstəriciləri də qənaətbəxşdir. Aqreqatlara nəzərdə tutulmuş bütün xidmətlər vaxtında yerinə yetirilmişdir.
Enerji obyektində 2008-ci ilin yanvar-martında elektrik enerjisinin xüsusi sərfi 1,1 milyon kilovat-saatdan artıq olmuşdur. Nəticədə proqnozlaşdırıldığından 300 min çox kilovat-saat elektrik enerjisinə qənaət edilmişdir.
Bu ilin martında “Xaçmaz” Enerji Qovşağında 30 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. Bu, nəzərdə tutulduğundan 5 faiz çoxdur. Ötən ayda burada elektrik enerjisinin xüsusi sərfi 580 min kilovat-saat əvəzinə 463 min kilovat-saata yaxın olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]