Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun bərpası davam edir

Moskva, 8 aprel, AZƏRTAC

Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi- Kompleksində (XTNS) “Azərbaycan” pavilyonunun bərpası davam edir. Pavilyonun bu il açılacağı və Azərbaycan mədəniyyət mərkəzinə çevriləcəyi gözlənilir.

Kompleks hələ sovet hakimiyyətinin ilk illərində Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi adı ilə açılıb. İlk sərgini sovet hakimiyyətinin qurulmasının 20-ci ildönümünə həsr etmək nəzərdə tutulsa da o dövrün repressiyaları tikinti işlərini vaxtında başa çatdırmağa imkan verməyib. İnşaat işlərinin getdiyi 1934-1939-cu illər ərzində onlarla memar və rəhbər işçi həbs edilərək güllələnib. Nəhayət, 1939-cu il avqustun 1-də sərginin təntənəli açılışı olub.

İlkin mərhələdə üç Cənubi Qafqaz respublikasını bir pavilyonda yerləşdirmək nəzərdə tutulmuşdu. Lakin sonradan hər respublika üçün pavilyon ayrılması barədə qərar qəbul edilir. Kompleksdə inşa edilmiş 52 pavilyondan biri də “Azərbaycan SSR” pavilyonu olur.

Pavilyonun inşasına görə Azərbaycan memarları - Azərbaycan sovet memarlığının banilərindən biri, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, professor Sadıq Dadaşov və SSRİ Xalq memarı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü Mikayıl Hüseynov sovet hökumətinin yüksək mükafatlarına layiq görülürlər. Azərbaycan memarlarının layihəsinə əsasən binanın daxili Şərq üslubunda şəbəkələr və tağlarla bəzədilmiş, pəncərələrə qoz ağacından hazırlanmış şəbəkələr vurulmuş, vitraj şüşələrində isə üzüm, pambıq, sünbül şəkilləri əks edilmişdi. Pavilyonun girəcəyini Azərbaycanın Xalq rəssamı Fuad Əbdürrəhmanovun “Çoban” və Dağıstan memarı Xasbulat Əsgər-Sarıcanın “Azərbaycan qadını” heykəlləri bəzəyirdi. Binanın arxa həyətində Azərbaycandan gətirilmiş meyvə ağacları əkilmiş, hovuza isə Xəzərdən tutulmuş nərə balıqları buraxılmışdı. Pavilyonda Azərbaycandan gətirilən meyvə-tərəvəz, şərablar sərgilənir, kənd təsərrüfatında çalışan qabaqcıl işçilərin fotoşəkilləri asılmışdı.

Böyük Vətən müharibəsi illərində Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi bağlanır. Buradakı pavilyonlardan birində kəşfiyyat və əkskəşfiyyat məktəbləri yerləşdirilir. Müharibədən sonra sovet rəhbərliyi kompleksi yenidən işə salmağı məqsədəuyğun sayır. 1948-ci ildə SSRİ Nazirlər Soveti kompleksi bərpa etmək barədə qərar qəbul edir və 1954-cü il avqustun 1-də kompleks yenidən açılır.

“Azərbaycan” pavilyonunun bərpasına rəhbərlik edənlərdən biri də rəssam İsmayıl Axundov idi.

Rəssamın oğlu, jurnalist və ərəbşünas Araz Axundov AZƏRTAC-ın müxbiri ilə söhbətində xatırlayır ki, Moskvaya atası ilə birlikdə hələ uşaq ikən, 1952-ci ildə gəlib. “Moskvaya valideynlərim və balaca bacımla köçmüşdük. Atama Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində “Azərbaycan” pavilyonunun bərpası həvalə olunmuşdu. Anam və bacım tez-tez Bakıya gedirdilər. Mən də məktəbdən çıxıb atamın yanına, tikintiyə yollanırdım. Oradan həmişə barama, sünbül, meyvə qoxusu gəlirdi. Qutularda olan barama qurdlarına tut yarpaqları verirdik. Bu, uşaqlığımın ən yaddaqalan xatirələrindəndir”, - deyə Araz müəllim söyləyir. Yenilənmiş pavilyonda Azərbaycanın bitkiçilik, heyvandarlıq, əkinçilik, balıqçılıq sahələrində qazandığı nailiyyətlər nümayiş etdirilirdi.

1958-ci ildə kompleksin adı dəyişdirilərək Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (ÜXTNS) adlandırılır və burada SSRİ respublikalarının, Rusiya regionlarının kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində nailiyyətlərini əks etdirən eksponatlar da yer alır. A.Axundov 1967-ci ildə bir çox milli pavilyonlar, o cümlədən “Azərbaycan” pavilyonunun da ləğv edildiyini deyir: “Bizim pavilyonun binasında “Hesablama texnikası” pavilyonu yaradıldı, binanın ön divarı tamamilə dəmir örtüklə bağlandı. Hər iki tərəfdə olan fəvvarələr isə söküldü. Xoşbəxtlikdən həmin il mayın 1-nə nəzərdə tutulmuş sərgiyə hazırlaşan təşkilatçılar tələsdikləri üçün binanın fasadını sökməyə imkan tapmadılar və əvəzində misilsiz ornamentlərin üstünü tələsik dəmir parçaları ilə bağladılar. Buna baxmayaraq, “Hesablama texnikası” pavilyonunun fəaliyyət göstərdiyi vaxtlarda, SSRİ-nin süqutundan sonra kompleks yenidən bağlanaraq, pavilyonların əksəriyyətinin anbar və mağaza kimi istifadə olunduğu dövrlərdə də binaya xeyli ziyan dəymişdi, əvvəlki təntənə və yaraşıqdan əsər-əlamət qalmamışdı”.

Araz müəllim tez-tez kompleksə gedib pavilyonumuzun vəziyyəti ilə maraqlanır, gördüklərini fotoaparatının obyektivinə həkk edirdi. O ürəkağrısı ilə1990-cı illərdə binanın baxımsız vəziyyətə düşmüşdüyünü, burada kiçik kafelərin fəaliyyət göstərdiyini yada salır: “İçəridən daha sünbül və meyvə qoxusu deyil, yanmış yağ iyi gəlirdi”.

Araz müəllim atasının arxivindən “Azərbaycan” pavilyonunun ilk illərinin şəkillərini və özünün sonrakı illərdə çəkdiyi fotoşəkilləri də lütfkarlıqla bizə təqdim etdi.

2013-cü ildə kompleks Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Moskva hökumətinin sərəncamına verilir. İndi “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” adlanan kompleksin bütün ərazisində yenidənqurma işləri gedir, milli pavilyonların bərpası aparılır.

Hazırda “Azərbaycan” pavilyonunun üstündəki dəmir örtük götürülüb, binanın yaraşıqlı mozaikalı fasadı üzərində bərpa işləri artıq başa çatıb. Mütəxəssislər interyerlərin orijinal rənglərini, dekor elementlərini, stalaktit tavan, mayolika və pəncərələrdəki şəbəkələri bərpa edirlər. “Azərbaycan” pavilyonunun bərpası layihəsinin rəhbəri Nikolay Kurilonun sözlərinə görə, binanın divar və tavan dekorlarının 1939-cu ilin orijinal rəngləri özlərinə qaytarılır, döşəmə ilkin layihə üzrə mərmərlə əvəzlənir.

Heydər Əliyev Fondunun dəvəti ilə “Mosqornasledie” və XTNS-in əməkdaşları, habelə bərpaçılardan ibarət nümayəndə heyətinin ötən il Bakıya səfəri zamanı digər məsələlərlə yanaşı, gələcəkdə Azərbaycanın milli mərkəzi olacaq pavilyonun bərpasının gedişi də müzakirə olunmuşdu. İlk illərdə binanın girəcəyində qoyulmuş və sonradan itirilmiş “Çoban” və “Azərbaycanlı qadın” heykəllərinin Azərbaycan muzey fondunda saxlanılan qəlibləri mütəxəssislərə təqdim olunub. Bu qəliblər əsasında məşhur heykəllər bərpa olunur və yenidən “Azərbaycan” pavilyonuna gələcək ziyarətçilərin gözünü oxşayacaq.

Pavilyonda ilk sərginin isə 2019-cu ilin sonlarında keçirilməsi nəzərdə tutulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib