Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1993-cü il iyun-dekabr

Bakı, 24 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

Xilaskarın qayıdışı

1993-cü ilin iyununda Azərbaycanda yaranmış siyasi böhran müstəqil dövlətimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Xalqımız düzgün seçim etdi - Ulu Öndəri köməyə çağırdı. Vətənin və xalqın ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin vaxtdan ölkə həyatının bütün sahələrində dönüş başladı və bu, tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

X X X

9 iyun. Ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinin dəvəti ilə Bakıya gəldi.

13-14 iyun. 4 iyun hadisələrini araşdırmaq üçün Gəncədə oldu.

15 iyun. Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

18 iyun. Ölkədə yaranmış vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət etdi.

24 iyun. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı.

25 iyun. Türkiyə, Almaniya, İran və Çin səfirlərini ayrı-ayrılıqda qəbul etdi.

30 iyun. ABŞ səfirini qəbul etdi.

4 iyul. “Ostankino” Dövlətlərarası Televiziya Şirkətinin “Birbaşa efirdə dialoq” proqramına müsahibə verdi.

25 iyul. Ağdam şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində bölgədə yaranmış gərgin vəziyyətlə əlaqədar Bərdədə oldu.

26 iyul. Erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət etdi.

12 avqust. Yazıçı Aleksandr Proxanova müsahibə verdi.

13 avqust. Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdü.

17 avqust. Aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə görüşdü.

18 avqust. Ermənistanın hərbi təcavüzünə son qoyulması ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülməsi üçün BMT-nin baş katibinə məktub ünvanladı.

19 avqust. Füzuli və Cəbrayıl bölgələrində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirdi.

23 avqust. Cənub bölgəsində baş verən iğtişaşlarla əlaqədar televiziya ilə xalqa müraciət etdi.

24 avqust. Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasına həsr edilmiş Ümumrespublika müşavirəsində nitq söylədi.

6-8 sentyabr. Rusiya Federasiyasında səfərdə oldu.

10 sentyabr. Ölkədəki mövcud vəziyyətlə əlaqədar yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi.

21 sentyabr. Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdü.

28 sentyabr. Bakı məişət kondisionerləri zavodunda paytaxtın sənaye müəssisələrinin nümayəndələri ilə görüşdü.

1 oktyabr. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri ilə görüş keçirdi.

3 oktyabr. Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

10 oktyabr. Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimi keçirildi.

15 oktyabr. Respublikada kriminogen vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirdi.

21 oktyabr. Hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirdi.

22 oktyabr. Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüşdü.

24 oktyabr. Cəbhə bölgələrində vəziyyətlə bağlı fövqəladə müşavirə keçirdi.

26-28 oktyabr. Azərbaycana gəlmiş İran Prezidenti ilə görüşdü və onunla birgə bir sıra müəssisələrdə oldu.

29 oktyabr. Türkiyə Respublikasının yaradılmasının 70 illiyi münasibətilə bu ölkənin səfirliyinin təşkil etdiyi mərasimdə çıxış etdi.

1 noyabr. Heydər Əliyevin sədrliyi ilə Müdafiə Şurasının ilk iclası keçirildi.

2 noyabr. Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etdi.

6 noyabr. Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında vəziyyətlə əlaqədar hesabatı dinlədi.

10 noyabr. Böyük Britaniya parlamentinin nümayəndələrini qəbul etdi.

14 noyabr. Respublikada sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirdi.

18 noyabr. ABŞ-ın energetika nazirinin müavini Uilyam Uaytı qəbul etdi.

22 noyabr. Hərbi quruculuq məsələlərinə dair müşavirə keçirdi.

24 noyabr. Çörək və çörək məmulatlarının, yanacaq və enerji daşıyıcılarının qiymətlərinin liberallaşdırılması ilə əlaqədar müşavirə keçirdi.

6 dekabr. İsrail nümayəndə heyətini qəbul etdi.

8 dekabr. Maliyyə sistemində və əhalinin taxıl məhsulları ilə təchizatında yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirdi.

9 dekabr. Pakistan İslam Respublikasının Azərbaycandakı səfirini qəbul etdi.

11-12 dekabr. Cəbhəyanı rayonlarda yaranmış vəziyyətlə tanış olmaq üçün İmişli, Füzuli, Beyləqan və Şəmkir rayonlarında səfərdə oldu.

18 dekabr. Xalq yazıçısı Mirzə İbrahimovun dəfn mərasimində iştirak etdi.

19-22 dekabr. Fransada rəsmi səfərdə oldu.

27 dekabr. Azərbaycanın Milli qəhrəmanları və şəhid ailələrinin üzvləri ilə görüşdü.

X X X

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, hakimiyyətdaxili çəkişmələr, ağır sosial-iqtisadi böhranla qarşılaşmış ölkə bütün bunları aradan qaldıracaq liderə ehtiyac duyurdu. Xalq əmin idi ki, Azərbaycanı düçar olduğu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir.

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışı və ölkə rəhbərliyinin dəvətilə Bakıya gəldi. İyunun 13-14-də Gəncə şəhərinə gedərək yaranmış vəziyyətlə tanış oldu, ictimaiyyət nümayəndələri ilə görüşdü, qiyamçılarla danışıqlar apardı. Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin bu cəsarətli addımları sayəsində vətəndaş qarşıdurmasının qarşısı alındı.

İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi.

Sitat: Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.

Həmin dövrdə ölkə daxilindəki pozucu qüvvələr qarışıqlıq salmaq cəhdlərini davam etdirirdilər. Avqustun 7-də cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” elan olundu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi.

Dahi rəhbər avqustun 24-də Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasına həsr edilmiş Ümumrespublika müşavirəsində nitq söylədi.

Sitat: Güman edirəm ki, bugünkü həyatımız, gələcək günlər, illər xalqın indiki dövrdə olan vəziyyətinə tam qiymət verəcək və hər bir şəxs tutduğu vəzifədən, yaxud siyasi mənsubiyyətindən asılı olmayaraq, xalqın qarşısında cavab verəcəkdir. Birbaşa olmasa da, tarix hərənin qiymətini özünə verəcəkdir. Eyni zamanda sizə bildirmək istəyirəm ki, Azərbaycan xalqının qüdrəti də var, imkanı da var. Azərbaycan xalqı və onun qabaqcıl, işıqlı fikirli adamları, xalqa sədaqətli övladları, xalq üçün ürəyi yanan şəxsləri birləşərək Azərbaycanı bu ağır vəziyyətdən çıxaracaqlar.

1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə xalq Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Dahi rəhbər oktyabrın 10-da andiçmə mərasimində deyirdi: Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır.

Azərbaycan Prezidenti dekabrın 11-12-də İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarına və Gəncə şəhərinə gedərək əhali ilə görüşdü, insanları ruhdan düşməməyə çağırdı.

Sitat. Mən qələbəmizə inanıram. Qələbəni biz birlikdə təmin etməliyik. Bu nurlu günün yaxınlaşmasında ordumuza hər kəs əlindən gələn köməyi göstərməlidir. Mən sizi Azərbaycan tarixinin şanlı döyüş ənənələrini və bir çox nəsillərin qəhrəmanlığını xatırlamağa, hamımız üçün rüsvayçı olan məğlubiyyətçilik əhvalı ilə barışmamağa və təcavüzkara qarşı elliklə mübarizəyə qalxmağa, öz doğma diyarını, dövlətin ərazi bütövlüyünü və müstəqilliyini, lazım gələrsə, həyatını qurban verərək qorumağa çağırıram.

Heydər Əliyevin Azərbaycan naminə gördüyü böyük işlər xarici medianın da diqqətində idi. Ulu Öndər “Ostankino” Dövlətlərarası Televiziya Şirkətinin “Birbaşa efirdə dialoq” proqramına müsahibəsində ölkədəki ictimai-siyasi mühiti təhlil edərək deyirdi: “Biz gərək milli barışığa, bütün siyasi qüvvələrin sıx birliyinə nail olaq. Biz gərək qarşıdurma amilini, vətəndaş müharibəsinin baş verməsi imkanını tamamilə aradan qaldıraq. Əlbəttə, respublikanın özündə ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün səylərimizi də birləşdirməliyik. Təbiidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə müdaxilə ilə bağlı məsələləri də həll etmək gərəkdir”.

Avqustun 3-də “Rossiyskiy fermer” qəzetinin müxbirinin “Sizə xain çıxan adamları başa düşmək olarmı” sualına Heydər Əliyevin cavabı da diqqət çəkir: “Bilirsinizmi, həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Mənim üçün burada suallar yoxdur. O ki qaldı bu adamlara - Allah özü hər şeyi görür. Mən kinli adam deyiləm, heç kəsi də gözümçıxdıya salmaq, təqib etmək fikrim yoxdur”.

Ulu Öndər vurğulayırdı ki, xalqı üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzusu yoxdur. Bütün varlığını, bütün qüvvə və bacarığını bu amala həsr edib. Onun həyat fəlsəfəsi bundan ibarətdir. Yazıçı Aleksandr Proxanovla müsahibəsində söylədiyi kimi: “Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə. Bax, budur ideya, budur fəlsəfə! Belə düşünürəm ki, bu ideologiyanı ədəbiyyat və incəsənət xadimləri, din xadimləri formalaşdıracaqlar!”

X X X

Heydər Əliyevin Elmlər Akademiyasında ziyalılarla görüşündəki çıxışından

• Qarşımızda vəzifələr çoxdur. Ancaq şübhəsiz ki, tək mən, yaxud da ki, mənimlə bərabər bir neçə adam bunların hamısının öhdəsindən gələ bilməz. Xalq birləşməlidir. Xalqın ağlı, zəkası, biliyi birləşməlidir...

• Müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki, müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək, möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır. Bu sahədə çox iş görməliyik...

• Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunub, indi də təhrif edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir. Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər...

• Mən o vaxtlar - Azərbaycanda işlədiyim dövrdə də deyirdim, indi də bu sözlərin üstündə dururam ki, tarixçilərimiz üçün bütün şəraiti yaratmağa hazıram. Bir şərtlə ki, bu şəraitin əvəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala bilək...

• Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik...

• Müstəqil dövlət olmaq üçün xalqın gərək mentalitet səviyyəsi olsun. Xalqın mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil. Bir çox nəsillərin işidir, bununla məşğul olmaq lazımdır...

• Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırdılar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış bir adamdır. Hüseyn Cavidin “İblis” əsəri heç də Hötenin “Faust”undan geri qalmır. Ancaq biz belə inciləri lazımi qədər qiymətləndirə bilmirik...

• Azərbaycan Respublikasının həm elmi, həm də mədəni potensialı böyükdür. Keçmişdə yaşayıb-yaratmış alimlərimiz, yazıçılarımız, şairlərimiz, bəstəkarlarımız böyük irs qoyub getmişdir. İndiki nəslin borcudur ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb