Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin yanvarı

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin yanvarı

Bakı, 25 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1993-cü ilin iyununda Azərbaycanda yaranmış siyasi böhran müstəqil dövlətimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Xalqımız özünün taleyüklü anlarında Ulu Öndəri köməyə çağırdı. Vətənin və xalqın ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi dərin böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı və o vaxtdan ölkəmizin həyatında yeni səhifə açıldı.

X X X

2 yanvar. Prezident Heydər Əliyev hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə görüşdü.

4-5 yanvar. Ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirdi. Cəbhə bölgələrinə səfər etdi.

6 yanvar. Cənubi Qafqazdakı Rusiya Qoşunları Qrupunun komandanı general-polkovnik Fyodor Reutu qəbul etdi.

9 yanvar. Xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü.

11 yanvar. Latviya Respublikasının nümayəndə heyətini qəbul etdi.

12 yanvar. 20 Yanvar faciəsinin dördüncü ildönümü ilə bağlı Dövlət Komissiyasının iclasını keçirdi.

13 yanvar. Cəbhəyə yola düşən zabitlərin bir qrupu ilə görüşdü.

15 yanvar. İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsini qəbul etdi.

17 yanvar. BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul etdi.

18 yanvar. Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında çıxış etdi.

19 yanvar. 20 Yanvar faciəsinin 4-cü ildönümü münasibətilə xalqa müraciət etdi.

20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşdü.

20 yanvar. Şəhidlər xiyabanını ziyarət etdi.

21 yanvar. Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etdi.

26 yanvar. Ankaranın Hacettepe Universitetinin fəxri doktoru adına layiq görüldü.

27 yanvar. Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələrini qəbul etdi.

28 yanvar. Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etdi.

30 yanvar. ABŞ-ın “AMOKO” neft şirkətinin nümayəndələri ilə görüşdü.

X X X

Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə qayıdan dövrdə ölkədəki əsas problemlərdən biri ordu ilə bağlı idi. Hələ də nizami ordu yaradılmamışdı. Eyni zamanda, ölkə daxilində qeyri-sabit vəziyyət, torpaqların işğal olunması, insanlardakı pessimist əhvali-ruhiyyə ordu sıralarına çağırışa mənfi təsir göstərirdi. Odur ki, Ulu Öndər prezident seçildiyi ilk gündən ordu quruculuğuna xüsusi önəm verir, bu istiqamətdə təsirli tədbirlər görürdü. Nəticədə bu sahədəki nöqsanlar aradan qaldırılır, insanların orduda xidmətə münasibəti müsbət mənada dəyişir, inamsızlıq tədricən aradan qalxırdı.

1994-cü il yanvarın 2-də hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri ilə görüşən Heydər Əliyev onların fikirlərini dinlədi, fərariləri bağışladığını bildirdi: “Mən bu çıxışları salona toplaşanların hamısının ürəkdən gələn sözləri kimi qəbul edirəm və elan edirəm: hərbi hissələrini tərk etmiş, fərarilik etmiş, orduya qayıtmaq üçün hərbi prokurorluqda qeydiyyatdan keçmiş Azərbaycan oğullarının hamısını Azərbaycan Prezidenti kimi bağışlayıram və onları cəza çəkməkdən azad edirəm. Burada verdiyiniz vədlərə inanıram. Əminəm ki, siz artıq öz vətəndaşlıq məsuliyyətinizi dərk etmisiniz və bundan sonra bu vətəndaşlıq borcunuzu, vəzifənizi axıra qədər ləyaqətlə yerinə yetirəcəksiniz”.

Heydər Əliyevin cəbhə boyunca yerləşən hərbi hissələrə getməsi, hərbçilərlə səngərlərdə görüşlər keçirməsi orduda ruh yüksəkliyi yaratdı. Eyni zamanda, hakimiyyətinin ilk altı ayında ordu quruculuğu məsələləri ilə əlaqədar bir neçə müşavirə keçirdi. Yanvarın 13-də cəbhəyə yola düşən zabitlərin bir qrupu ilə görüşən Ulu Öndər çıxışında hərbi xidmətin qanunlarına da diqqət çəkdi: “Hərbi qulluqçu, hərbi xidmətdə olan adam Vətən, komandanlıq harada lazım bilsə, orada da xidmət etməlidir. Bu, hərbi qulluqçulara, o cümlədən sizə yaxşı məlumdur. Ona görə də bu gün alacağınız əmrlər sözsüz yerinə yetirilməlidir və güman edirəm ki, siz cəbhə bölgələrinə gedib hərbi hissələrdə öz xidmətinizi davam etdirərək Azərbaycan Respublikasının müdafiə qüdrətini daha da möhkəmləndirəcək, həm torpaqlarımızın müdafiəsinə, həm də işğal olunmuş ərazilərimizin geri qaytarılmasına töhfənizi verəcəksiniz. Bu şərəfli işdə hamınıza uğurlar arzulayıram”.

Həm Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, həm də müstəqil Azərbaycan Respublikasına rəhbərlik edərkən Ulu Öndərimizi ən çox düşündürən məsələlərdən biri 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi idi. Bu məqsədlə 1994-cü il yanvarın 5-də “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzaladı. Fərmana əsasən, müvafiq tədbirlərin hazırlanması və keçirilməsi üçün Dövlət Komissiyası yaradıldı. Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi üçünə xüsusi sessiya keçirmək tövsiyə olundu. Yanvarın 12-də Prezident Heydər Əliyevin sədrliyi ilə Dövlət Komissiyasının geniş iclası keçirildi. İclasda çıxış edən dahi rəhbər hadisə ilə bağlı vaxtilə yaradılmış deputat-istintaq komissiyasının fəaliyyətindəki nöqsanlardan danışdı.

Sitat: Ötən dörd il müddətində Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməyib. Bilirsiniz ki, mən bu dörd il ərzində burada olmamışam. İndi bu məsələ haqqında fərman hazırlanarkən xahiş etdim ki, Yanvar faciəsi ilə bağlı hansı qərarlar qəbul olunubsa, bu haqda nə kimi işlər görülübsə həmin sənədləri mənə təqdim etsinlər.

Mənə Milli Şuranın (indi ona Milli Məclis deyirik) 1992-ci il 19 yanvar tarixli qərarı təqdim edildi. Bu, həmin faciədən iki il sonra qəbul olunmuş qərardır. Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə indiyə qədər siyasi qiymət verilməyib.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri və həmin hadisələr nəticəsində əlil olanların bir qrupu ilə görüşündə xalqımızın iradəsini yüksək qiymətləndirməklə yanaşı, qırğından əvvəlki günlərdə cərəyan edən hadisələrə də diqqət çəkdi, bu faciənin əsl mahiyyətini açıb göstərdi: “O Qanlı yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir, öz azadlığına, suverenliyinə nail olmuşdur...

Necə ola bilər ki, bu faciənin nə təhər baş verməsi indiyədək məlum deyildir? Burada çıxış edən şəhid atası bir məsələni yadıma saldı. Bəli, o zaman araşdırma vaxtı məlum idi ki, yanvarın 16-17-də xəstəxanalarda yerlər hazırlanırdı. Bəli, geniş palatalar hazırlanmışdı, cərrahlara xəbərdarlıq edilmişdi. Çünki bu təcavüz təşkil olunmuşdu və bunu təkcə Qorbaçov, yaxud Moskvada Sovet hökumətinin, Kommunist Partiyasının digər rəhbərləri təşkil etməmişdi. Bunu birinci növbədə Azərbaycan Respublikasının ovaxtkı Kommunist Partiyasının rəhbərləri öz xalqını boğmaq, əzmək, tapdalamaq üçün, xalqın azadlıq hərəkatını yatırtmaq üçün, xalqın mənliyini təhqir etmək üçün təşkil etmişdilər”.

Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanda milli birlik və həmrəylik yaranması ilə əlamətdar oldu. Bu, müstəqil Azərbaycanın mövcudluğu üçün ən mühüm amillərdən biri idi. Heydər Əliyev, həmçinin dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsini çox arzulayırdı. Deyirdi ki, hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Dahi rəhbər 1994-cü il yanvarın 9-da xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü. Onun bu görüşdəki çıxışı dünya azərbaycanlılarının tarixi Vətənə - Azərbaycana bağlı olması üçün çağırış idi:

Sitat: Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır...

Azərbaycanlının Azərbaycandan başqa Vətəni yoxdur. Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz, Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz. Bunu təkcə azərbaycanlıya aid etmək olmaz. Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır...

Beləliklə, Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra atdığı hər bir addım, irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və əbədi olmasına, ərazi bütövlüyünün təmin olunmasına xidmət edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır