Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin avqustu

Bakı, 23 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 avqust. Prezident Heydər Əliyev Sabunçu rayonundakı körpünün altında partlayıcı maddələrin tapılması ilə əlaqədar respublika hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirdi.

4 avqust. Terror aktlarına qarşı mübarizəni gücləndirmək məqsədilə hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşdü.

Lənkəran bölgəsində bəzi qatı cinayətkarların həbs olunması və iyul ayının 30-da Bakıda baş tutmayan terror aktı ilə əlaqədar keçirilən müşavirədə çıxış etdi.

8-9 avqust. Görkəmli qazax mütəfəkkiri Abay Kunanbayevin 150 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Almatıya səfər etdi.

14 avqust. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirdi.

16 avqust. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın geniş iclasında nitq söylədi.

18 avqust. Həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşdü.

23 avqust. Moskvada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etdi.

25 avqust. Kənd təsərrüfatı işlərinin gedişinə və aqrar islahatların həyata keçirilməsinə həsr edilmiş müşavirədə çıxış etdi.

26 avqust. Yeni Azərbaycan Partiyasının idarə heyəti ilə görüş keçirdi.

27-29 avqust. “Manas” dastanının 1000 illik yubileyi tədbirlərində və türkdilli ölkələrin dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Qırğızıstanda səfərdə oldu.

X X X

1995-ci il iyulun 30-da Bakının Sabunçu rayonundakı körpünün altında partlayıcı maddələr aşkarlandı. İlkin istintaq bunun terror aktına cəhd olduğunu müəyyənləşdirdi. Narahatlıq üçün hər cür əsas var idi. Təxribatçı qüvvələr terror yolu ilə respublikamızda yaranmaqda olan sabitliyi pozmağa can atırdılar. Prezident Heydər Əliyev bununla bağlı avqustun 1-də və 4-də hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirələr keçirdi. Müşavirələrdə terrorçuluqla mübarizə, habelə Lənkəran bölgəsində qatı cinayətkarların həbsi ilə əlaqədar məsələlər geniş müzakirə olundu. Ulu Öndər müstəqilliyimizi sarsıtmaq istəyən xəyanətkar qüvvələri, eyni zamanda, cinayətkarları zərərsizləşdirməyin həyati əhəmiyyət daşıdığını vurğuladı, bununla bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı, eyni zamanda, hüquq-mühafizə orqanları qarşısında konkret vəzifələr qoyuldu.

Sitat: “Mən əminəm ki, respublikamızın əhalisi, Azərbaycanın bütün vətəndaşları əmin-amanlıq, sabitlik istəyir, rahat yaşamaq və belə cinayətkarlardan yaxalarını qurtarmaq istəyirlər. Təsəvvür edin, əgər o cinayətkarlar bir belə zərbə aldıqdan, dağıdıldıqdan sonra qaçıb respublikanın hüdudlarından kənarda olduqları bir zamanda da Bakının ən böyük körpüsünü partladıb Azərbaycana belə bir zərbə vurmaq istəyirlərsə, görün son illər burada yaşadıqları, fəaliyyət göstərdikləri zaman öz cinayət əməlləri ilə Azərbaycan ictimaiyyətinə, cəmiyyətinə, ayrı-ayrı insanlara nə qədər əzab-əziyyət, işgəncə veriblər, məhrumiyyətlərə məruz qoyublar, zərbə vurublar! Onların insanları soyması, reketliklə, quldurluqla məşğul olması, qeyri-qanuni hərəkətlərlə dövlət əmlakını, xalqın əmlakını mənimsəməsi, insanlara qarşı vəhşi cinayətkarlıq etməsi - bunlar hamısı yaxın keçmişin həyatını xarakterizə edən hallardır, bunlar hamımızın xatirindədir, çoxlarımızın gözü qarşısında olubdur. Biz indi Azərbaycan xalqını bax belə cinayətkarlardan xilas edərkən nəinki xalqımızı, müstəqil dövlətimizi bu cinayətkarlardan təmizləyirik, həm də hər bir vətəndaşımızın rahat yaşaması üçün şərait yaradırıq”.

Dövlət müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu seçmişdi. Bunun üçün ilk növbədə yeni Konstitusiyanın hazırlanması və qəbulu aktual məsələ olaraq qarşıda dururdu. Avqustun 16-da Prezident sarayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın geniş iclasında nitq söyləyən Heydər Əliyev layihənin hazırlanma prosesindən, edilən dəyişikliklərdən danışdı. Ümummilli Lider iclasdakı çıxışında Konstitusiya layihəsinin demokratik prinsiplərə cavab verən, demokratik parlament yaratmaq üçün əsas olan və ümumiyyətlə, respublikamızda dövlət quruculuğu sahəsində aparılan işlər sırasında çox mühüm yer tutan bir sənəd olduğunu bildirdi. Eyni zamanda, bütün dünyaya bəyan etdi ki, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna sadiqdir.

Sitat: “Mən hesab edirəm ki, bu qanunun qəbul olunması respublikamızda dövlət quruculuğu sahəsində görülən işlərin bir mərhələsidir, addımıdır, bir irəliləyişdir. Bu da bir daha sübut edir ki, biz tutduğumuz yol ilə gedirik. Azərbaycanda demokratik hüquqi, dünyəvi dövlət qurmağı nəinki elan etmişik, biz onu həyata keçiririk və bu sahədə çox dəyərli addımlar atırıq...

Bu gün mən tam qətiyyətlə deyirəm və bütün dünyaya bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün, Azərbaycan Respublikasını öz tutduğu yol ilə - demokratiya yolu ilə aparmaq üçün biz ciddi iş görmüşük, böyük addım atmışıq və bununla da müstəqil dövlətimizin hansı yolla getdiyini dünyaya bir daha sübut edirik”.

Ulu Öndər Heydər Əliyev çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü. Dindarlarla, dini konfessiyaların başçıları ilə görüşləri, dini mərasimlərdə iştirakı ənənə halını almışdı. Avqustun 18-də Həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşü də bu baxımdan səciyyəvidir. Görüşdə çıxış edən Heydər Əliyev vurğuladı ki, uzun illərin məhrumiyyətindən sonra İslam dini bütün qadağalardan, bütün məhrumiyyətlərdən qurtarıb, Azərbaycanda müsəlmanların hər biri üçün onun ürəyinin istədiyi kimi mənəviyyatını quran bir mənbə olub.

Sitat: “Xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan xalqı uzun əsrlər boyu istədiyi, arzu etdiyi, həsrəti ilə yaşadığı milli azadlığını, dövlət müstəqilliyini nəhayət əldə edib. Azərbaycan xalqı indi özü öz taleyinin sahibidir və müstəqil dövlət qurub, yaradıb yaşaya bilir. Bu, xalqımızın tarixlər boyu yaşadığı bütün dövrlərdə ən yüksək səviyyəyə çatdığımız bir dövrdür, bizim üçün ən böyük xoşbəxtlikdir. Xalqımız sərbəstdir, azaddır, dövlət müstəqilliyini əldə edib və biz müstəqil dövlət kimi, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu bir dövlət kimi yaşayırıq”.

Türk dövlətlərinin getdikcə güclənən birlik və həmrəyliyi müasir dövrümüzün reallığıdır. Yaxın keçmişə nəzər salanda görürük ki, bu istiqamətdə ilk addımlar Heydər Əliyev tərəfindən atılırdı. Onun 1995-ci il avqustun 27-29-da Bişkekdə qırğız xalqının “Manas” dastanının 1000 illik yubileyi tədbirlərində və türkdilli ölkələrin dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Qırğızıstanda səfəri də bu baxımdan səciyyəvidir. Ulu Öndər səfər çərçivəsində “Manas alaçığı” kompleksinin açılış mərasimində, Türkdilli ölkələrin dövlət başçılarının 3-cü Zirvə toplantısında iştirak etdi, Bişkek Bəyannaməsini imzaladı. “Manas” dastanının 1000 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda, Talas vilayətində “Manas” muzeyinin açılış mərasimində çıxış etdi. Çıxışlarında Türk dövlətlərini problemləri həll etmək üçün bir-birinə kömək göstərməyə, yardım əli uzatmağa, parçalanmanın və təklənmənin qarşısını almağa çağıraraq deyirdi: “Dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik”.

Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın vacibliyindən bəhs edən Heydər Əliyev bunun yolunu da göstərirdi: ümumi məkan yaratmaq, Mərkəzi Asiyadan çəkiləcək neft və qaz kəmərlərini Türkiyəyə, oradan isə dünya bazarına çıxarmaq xalqlarımız üçün olduqca faydalı olardı. Bu kəmərlərin çəkilməsi, onların fasiləsiz və təhlükəsiz işləməsinin təmin edilməsi xalqlarımız arasında əməkdaşlığı daha da möhkəmlədər və müstəqil dövlətlərimizin çiçəklənməsinə xidmət edərdi.

Ulu Öndərin bu fikirləri səsləndirdiyi vaxtdan 27 il ötür. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP boru kəmərləri Azərbaycan neftini və qazını bu gün Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarır. Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulması üçün əməli addımlar atılır. Türk dünyasında cərəyan edən müsbət proseslər Heydər Əliyevin uzaqgörənliyinə, öz inamında nə qədər haqlı olduğuna daha bir əyani sübutdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir