Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin iyunu

Bakı, 31 mart, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 iyun. Prezident Heydər Əliyev “Kürdaşı” dəniz blokunun və “Cənub-Qərbi Qobustan”, “Kürsəngi - Qarabağlı” bloklarının birgə işlənilməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında müqavilələrin imzalanması mərasimində iştirak etdi.

Bakıda “Xəzərneftqaz 98” Beynəlxalq sərgisi və konfransının açılış mərasimində nitq söylədi.

5 iyun. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Yaltada keçirilən 4-cü Zirvə toplantısında çıxış etdi.

9-10 iyun. Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdə oldu.

13 iyun. Mstislav Rostropoviçə “Şöhrət” ordenini təqdim etdi.

20 iyun. Akademik Milli Teatrda Moskva Akademik Satira Teatrının “Bəxtli və bəxtsiz” tamaşasına baxdı və teatrın yaradıcı kollektivi ilə görüşdü.

24 iyun. Avropa Parlamentinin Zaqafqaziya respublikaları üzrə nümayəndə heyətini qəbul etdi.

25 iyun. Milli Ordunun yaradılmasının 80 illiyinə həsr olunmuş tədbirdə nitq söylədi.

27 iyun. Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı Ümumrespublika müşavirəsi keçirdi.

30 iyun. Bakıda səfərdə olan Rumıniya Prezidenti Emil Konstantinesko ilə görüşdü, ikitərəfli sənədlərin imzalanması mərasimində iştirak etdi.

X X X

Heydər Əliyevin neft strategiyası nəticəsində müstəqil Azərbaycan öz milli sərvətinin sahibi oldu. “Əsrin müqaviləsinin” imzalanmasından sonra Azərbaycan Dövlət Neft Şirkəti xarici neft kompaniyalarının etibarlı tərəfdaşına çevrildi. Bunun nəticəsi olaraq yeni müqavilələr imzalandı.

1998-ci il iyunun 2-də “Kürdaşı” dəniz blokunun və “Cənub-Qərbi Qobustan”, “Kürsəngi - Qarabağlı” bloklarının birgə işlənilməsi haqqında müqavilələrin imzalanması mərasimində iştirak edən Ulu Öndər Azərbaycan neftinin şöhrətindən söhbət açdı.

Sitat: “Azərbaycan qədim neft diyarıdır və dünyada ilk dəfə neft fontanı bizim ölkəmizdə olubdur. Dənizdə, suyun dibində olan neft yataqlarının istifadə edilməsində, neft hasilatında da Azərbaycan birinci yerdədir. 50 il bundan əvvəl - 1949-cu ildə Xəzərdə, Neft Daşları adlanan yerdə böyük neft yataqları açılıb istifadəyə verilmişdir və bununla da bütün dünyaya bəyan edilmişdir ki, dənizdə, suyun dibindən neft və qaz hasil etmək mümkündür. Bir daha qeyd edirəm ki, indi - XX əsrin sonunda Azərbaycan Xəzər dənizinin böyük potensialını, yəni mineral ehtiyatlar, neft və qaz potensialını aşkara çıxararaq dünyaya bəyan edibdir”.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti bütövlükdə Türk dünyasını əhatə edirdi. Böyük tarixi şəxsiyyətin Türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliyi baxımından da tarixi əhəmiyyətə malik idi. Heydər Əliyev Azərbaycanın Türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramını vermişdi. Bunu Ulu Öndərin Astana şəhərində türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə dedikləri bir daha təsdiqləyir.

Sitat: Türkdilli dövlətlərin başçılarının Zirvə görüşü yaxşı ənənəyə çevrilmişdir və bu ənənə bizə problemlərimizi birlikdə, qardaşlıq şəraitində müzakirə etməyə, məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi aparmağa, gələcək üçün planlar müəyyənləşdirməyə imkan verir. Dövlətlərimizin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, bizim bütün əvvəlki tariximizdən və müasir siyasi və iqtisadi proseslərin gedişindən irəli gələn obyektiv zərurətdir. Yeni minilliyin astanasında ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi, vətəndaşlarımızın həyatının, rifahının yaxşılaşdırılması kimi ümummilli mənafelər birləşdirir. Əminəm ki, dünya sivilizasiyasının inkişafına böyük töhfə vermiş olan xalqlarımız bu vəzifələri uğurla yerinə yetirəcək və XXI əsrə ulu əcdadlarımızın layiqli varisləri kimi qədəm qoyacaqlar.

Göründüyü kimi, 25 il əvvəl böyük uzaqgörənliklə söylənilmiş bu fikirlər müasir dövrümüz üçün də aktualdır. Hazırda Türk dünyasının birliyinin möhkəmlənməsi, Türk Dövlətləri Təşkilatının nüfuzlu beynəlxalq quruma çevrilməsi əsas hədəflərdən biri olaraq qarşıda durur.

Qaçqın və məcburi köçkünlərin problemləri Heydər Əliyevi daim düşündürürdü. O, beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, BMT-nin müvafiq qətnamələrinə əməl olunması, qaçqınların sosial problemlərinin həlli istiqamətlərində davamlı siyasət həyata keçirirdi.

Ulu Öndər 1998-ci il iyunun 27-də qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı Ümumrespublika müşavirəsində qətiyyətlə deyirdi: “Azərbaycanın işğal edilmiş torpaqları azad olmalıdır, Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün ərazisindən çıxarılmalıdır. Azərbaycan dövləti bütün ərazisinə tam nəzarət etməlidir və işğal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımız yerlərinə-yurdlarına qayıtmalıdır. Mən inanıram ki, biz buna nail olacağıq”.

Heydər Əliyev həmin müşavirədə məcburi köçkünlərə müraciətlə deyirdi: “Siz öz yerinizə-yurdunuza, doğma torpağınıza qayıdacaqsınız. Biz bu məsələ ilə məşğul olacağıq. Ancaq bu da vaxt tələb edir. Hesab edirəm ki, indiyə qədər hamımız dözmüşük, bundan sonra da dözməliyik ki, məsələni dediyiniz kimi, sülh yolu ilə həll edək. Bu yolda, bu istiqamətdə bu siyasəti aparmaq üçün birinci növbədə mən sizin, işğal olunmuş torpaqlardan didərgin düşmüş bacı-qardaşlarımızın və bütün Azərbaycan xalqının dəstəyinə arxalanıram”.

Ulu Öndər inamında doğrudan da yanılmadı. Onun 25 il əvvəl söylədiyi fikirlər artıq bu günümüzün reallığıdır. Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində azad etdiyi torpaqlarımıza Böyük Qayıdış başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan milli Ordumuz dövlət müstəqilliyimizin bərpasından sonra, xüsusən Heydər Əliyevin hakimiyyəti illərində yenidən bərqərar oldu. Bu gün isə Azərbaycan Ordusu dünyanın 145 ölkəsi arasında 57-ci yerdə qərarlaşıb.

1998-ci il iyunun 25-də dahi rəhbər Milli Ordunun yaradılmasının 80 illiyinə həsr olunmuş tədbirdə söylədiyi nitqdə ordumuzun keçdiyi tarixi yoldan, milli hərbçi kadrlar yetişdirilməsi istiqamətində görülmüş mühüm işlərdən söhbət açdı.

Heydər Əliyevin Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqindən

• Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin- ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik.

• Bizim bugünkü ordumuz, Silahlı Qüvvələrimiz, müstəqil Azərbaycanın Silahlı Qüvvələri bu 80 illik yoldan keçərək bugünkü nizami ordu səviyyəsinə gəlib çatmışdır. Azərbaycan xalqının qədim, zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıbdır. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər etmiş, döyüşlərdən çıxmışdır.

• Azərbaycanın ilk hərbi naziri - Baş nazir Fətəli xan Xoyski olmuşdur. Ancaq az bir müddətdən sonra Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilmişlər. Baş qərargahın rəisi isə polyak millətindən olan Sulkeviç olmuşdur. Onlar çox işlər görmüşlər. O vaxt gənc, müstəqil Azərbaycan Ermənistan təcavüzünə, Ermənistanın Azərbaycanda törətdiyi təxribatlara qarşı mübarizə, döyüşlər aparırdı və uğurlu işlər görürdü.

• Cəmşid Naxçıvanski Naxçıvan xanları sülaləsindən çıxmış generallardan biridir. O, çar Rusiyası ordusunda xidmət etmiş, xalq cümhuriyyəti zamanı Azərbaycanın diviziya komandiri olmuş və Qarabağda erməni təxribatçılarına, təcavüzkarlarına qarşı döyüşlər aparmış, sonra isə sovet ordusunda xidmət etmişdir. O, nə qədər böyük təcrübəli bir insan olmuşdur ki, o vaxt Sovetlər İttifaqının ən yüksək hərbi məktəbi olan Frunze adına Moskva Hərbi Akademiyasında kafedra müdiri vəzifəsində işləmişdir.

• Azərbaycanda 1939-cu ildə sovet ordusunun iki hərbi məktəbi yaranıbdır. Onlardan biri Ümumi Hərbi Komandirlər Məktəbi, ikincisi Hərbi Dəniz Donanması Məktəbidir. Bu məktəblər Azərbaycanda 1939-cu ildən yaranıbdır, on illərlə respublikamızda yerləşibdir. Ancaq mən 1970-ci ildə bu məktəblərin işi ilə tanış olarkən gördüm ki, hər bir məktəb ildə 300 müdavim qəbul etdiyi halda, Ümumi Hərbi Komandirlər Məktəbində cəmisi 10-15 nəfər azərbaycanlı təhsil alır, Hərbi Dəniz Donanması Məktəbində isə 1-2 nəfər azərbaycanlı oxuyur.

• Hərbi məktəblər Azərbaycanda, Bakıda yerləşirdi, amma orada oxuyanların tam əksəriyyəti azərbaycanlı deyildi. Bu, bir tərəfdən o vaxt aparılan siyasət - sovet hakimiyyətinin siyasəti idi. Onlar o vaxt orduda yüksək vəzifələrdə başqa millətlərdən və xüsusən, Azərbaycan millətindən olan insanları görmək istəmirdilər. İkinci tərəfdən də Azərbaycanda hərbi peşəyə soyuq münasibət var idi. Biz bunların aradan qaldırılması üçün tədbirlər gördük. Biz Naxçıvanski adına hərbi məktəb yaratmaqla yanaşı, Azərbaycanda yerləşən iki ali hərbi məktəbə - baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet İttifaqı Müdafiə Nazirliyinə tabe idilər - hər il azərbaycanlıların qəbul edilməsinə nail olduq.

• 1970-ci illərin axırında biz hər il Sovetlər İttifaqının cürbəcür şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə hərbi təhsil almaq üçün Azərbaycandan ümumən 800-900 nəfər gənc göndərirdik. Bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, - çar Rusiyası vaxtı demişdilər ki, “müsəlmanlar orduda qulluq edə bilməz”, - xalqımız hərbi peşədən məhrum olmasın. Mən, eyni zamanda, o vaxt düşünürdüm ki, gələcəkdə bu bizə lazım olacaqdır.

• Mən bu gün böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir.

• Mən bu gün şəhidlərin xatirəsi qarşısında baş əyərək bəyan edirəm ki, Azərbaycan Ordusu dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında, torpaqlarımızın azad edilməsində bundan sonra da fədakarcasına çalışacaq və biz ərazi bütövlüyümüzün təmin edilməsinə nail olacağıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO