XARA-ZİRƏ PALÇIQ VULKANININ EKOLOJİ MONİTORİNQİ KEÇİRİLMİŞDİR
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbərliyi ilə bir qrup ekoloq və jurnalist bu yaxınlarda oyanmış Xara-Zirə palçıq vulkanı ətrafında tədqiqat aparmışdır. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mütəxəssislərin götürdükləri lava nümunələri əsasında hazırda tədqiqatlar davam edir. Monitorinqin yekunlarına dair əlavə informasiya veriləcəkdir.
Xatırladaq ki, Xəzər dənizində 140-dan artıq palçıq vulkanı vardır. Bakı arxipelaqında 8 ada (Xara-Zirə, Zənbil, Qarasu, Qum, Səngi-Muğan, Çinmil və s.) palçıq vulkanlarından əmələ gəlmişdir. Bakı arxipelaqının ən iri adalarından olan Xara-Zirədə neft-qaz yataqları yerləşir. Bu adada palçıq vulkanının püskürməsi ilk dəfə 1810-cu ildə qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]