Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu ikinci gün işini müzakirələrlə davam etdirib

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 10-da işini müxtəlif mövzularda müzakirələrlə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Forumun ikinci günündə Aynur Quliyeva və Reyhan Həsənovanın (hər ikisi Fransa) moderatorluğu ilə “Məlumat elminin (data science) inkişafı Azərbaycanda prioritet sahələrdən biri ola bilər”, “Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu”, “1918-1920-ci illərdə nəşr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks-sədası”, “Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma”, “Azərbaycan ilə Skandinaviya, həmçinin digər Qərbi Avropa dövlətləri arasında elm və təhsil münasibətləri”, “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar”, Azərbaycanla Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” və “DAAB-ın virtual məkanda fəaliyyəti” mövzularında müzakirələr aparılıb.

Tədbirdə əvvəlcə “Azərbaycan ilə Skandinaviya və digər Qərbi Avropa dövlətləri arasında elm və təhsil münasibətləri” mövzusu ətrafında danışılıb.

Çıxış edənlər beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafında elmi tədqiqatların rolunu vurğulayıblar. İsveçdən olan azərbaycanlı alim Səadət Kərimi yaşadığı ölkənin elmi-tədqiqat sahəsindəki təcrübəsindən bəhs edib. O deyib ki, tədqiqatların nəticələrinin cəmiyyətə açıq olmasının müsbət tərəfləri var.

“Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu” mövzusunda çıxış edən Yulduz Rəhimov (Kanada) diqqətə çatdırıb ki, 1968-ci ilə nisbətən 2023-cü ildə adambaşına düşən enerji istehsalı 10,6 dəfə artıb. Bərpaolunan enerji mənbələri ilə bağlı fikirlərini bölüşən alim insanların tələblərinin azaldılması, istifadə edilən mənbələrin sayının artırılmasının vacibliyini vurğulayıb.

“Məlumat elminin (data science) inkişafi Azərbaycanda prioritet sahələrdən biri ola bilər” mövzusunda çıxış edən Asəf Salmanov (ABŞ) dəqiq elmlərə tələbin artdığını vurğulayaraq informatikanın müasir dövrdə inkişafından danışıb. O, süni intellekt və yeni informasiya texnologiyaları ilə bağlı fikirlərini bölüşüb.

Mehdi Gəncəli isə (Türkiyə) “1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin müasir zamanda əks-sədası” mövzusu ətrafında danışıb. Azərbaycanın müstəqillik tarixinə nəzər salan alim həmin dövrdə nəşr edilən “Azərbaycan” qəzetinin əhəmiyyətini vurğulayıb. Deyib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə "Azərbaycan" adlı rəsmi dövlət qəzetinin nəşri ölkə tarixinin mühüm hadisəsi idi.

Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov (Misir) “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar” mövzusunda fikirlərini bölüşüb. Vurğulayıb ki, ərəb mənbələrində Azərbaycanla bağlı apardığı tədqiqatların nəticəsi onu qürurlandırıb. Çünki tədqiqatlarında ölkəmiz, xalqımız ilə bağlı çox müsbət məlumatlara rast gəlib. Alim 500-dən çox ərəb mənbəsini araşdırdığını və orada Bərdədən Zəncana qədər ərazilərin Azərbaycana aid olması faktı ilə rastlaşdığını diqqətə çatdırıb.

“Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma” mövzusunda fikirlərini bölüşən Toğrul İsmayıl (Türkiyə) iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Türkiyədə təhsil alan gənclərimizin sayının kifayət qədər olduğunu deyən T.İsmayıl qardaş ölkədə çalışan azərbaycanlı alimlərin sayının da xeyli artdığını diqqətə çatdırıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində çalışan Nigar Məsimova (Rusiya) “Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” mövzusu ətrafında danışıb. Təhsilə, elmə sərmayə qoyulmasının vacibliyini qeyd edən N.Məsimova Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin elm və təhsil sahəsində də yüksək səviyyədə inkişaf etdiyini bildirib. Deyib ki, Rusiyada azərbaycanlı gənclərin bir araya gəlməsinə, fikir mübadiləsi aparmasına səy göstərirlər.

Nobel mükafatçısı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov (Avstriya) “Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) virtual məkanda fəaliyyəti” ilə bağlı geniş məzmunlu çıxış edib.

DAAB-ın fəaliyyət planı haqqında danışan B.Siracov Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun əhəmiyyətini qeyd edib. Strateji planların qəbul ediləcəyini bir daha vurğulayan Nobel mükafatçısı Forumla bağlı bir il ərzində konkret nəticənin ortaya qoyulmalı olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan hökuməti, Elm və Təhsil Nazirliyi konkret layihələr üçün kredit ayırmağa hazırdır və biz ortaya konkret iş qoyaraq bu etimadı doğrultmalıyıq.

Forumun Azərbaycanda elm və təhsil, tədqiqatlar sahəsində ümumi işə töhfə verəcəyindən əminliyini ifadə edən Nobel mükafatçısı Forumda müzakirəyə çıxarılan mövzular, gəlinən ümumi nəticələr, qarşıda görüləcək işlərlə bağlı kitab nəşr olunacağını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin müxtəlif mövzularda sessiyalar təşkil edilib. Sessiyalarda elm sahələri üzrə qruplaşdırılmış iştirakçılar Forum çərçivəsində müzakirə olunan prioritet mövzular və ali məktəb rəhbərlərinin məruzələrində toxunulmuş məsələləri nəzərə alaraq, DAAB-ın strateji planlarının hazırlanması üzərində işləyiblər.

Forum iştirakçıları birinci sessiyada qrup bir il ərzində hansı işlərin görülə biləcəyini müzakirə edib, təkliflərini veriblər. İkinci sessiyada təkliflərə baxılıb, birillik strateji planla bağlı müzakirələr aparılıb.

Sessiyalardan sonra moderatorlar əldə olunmuş nəticələrlə bağlı təqdimat ediblər.

Tədbirin sonunda təşkil edilən yekun iclasda qısa, orta və uzaq müddətli strategiya planı hazırlanaraq qəbul edilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirə sentyabrın 11-də yekun vurulacaq.

Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər