SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTİ XƏBƏR VERİR
Avqustun 31-dən sentyabrın 7-dək Cənubi Afrika Respublikasının Durban şəhərində irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və oxşar dözümsüzlüyə qarşı ümumdünya konfransı keçiriləcəkdir.
Konfransın keçirilməsində əsas məqsəd irqi, dini, milli ayrı-seçkilik və dözümsüzlüyün bütün müasir növlərinin təzahürlərinin qarşısını almağa nail olmaq, bu kimi hallara səbəb olan siyasi, tarixi, iqtisadi, sosial, mədəni və digər amilləri araşdırmaq, insanların irqçilik və irqi ayrı-seçkilik haqqında məlumatını artırmaq, eləcə də ayrı-seçkiliyin bütün növlərinə qarşı mübarizəyə yönəldilmiş tədbirlərə dair bir sıra yekun sənədləri qəbul etməkdən ibarətdir.
Konfransda bir neçə ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Tədbirin əhəmiyyəti nəzərə alınaraq, ölkəmizin nümayəndələrinin konfransın işində fəal iştirak edəcəkləri gözlənilir. Bunu təmin etmək üçün ekspertlər tərəfindən müvafiq hazırlıq işləri aparılır. Azərbaycan Respublikasının Ümumdünya Konfransının Bürosunda təmsil olunması ölkəmizin nümayəndə heyətinin bu tədbirdə iştirakına xüsusi önəm verir.
Cənubi Afrika Respublikasının xarici işlər naziri xanım Nkosazana Dlamini-Zuma konfransda iştirak etmək üçün Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyevə dəvət göndərilmişdir.