Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulaq istifadəyə verilib

Bakı, 13 avqust, AZƏRTAC

Qəlbi Vətən eşqi ilə çırpınaraq şəhidlik məqamına yüksələn, şəhadəti ilə tarix yazan, torpaqlarımızın azadlığı uğrunda canından keçən igid Vətən övladlarından biri də Vüsal Rzayevdir. O, müharibənin ilk günlərindən döyüşlərə qatılıb, düşmənə sözün əsl mənasında gözdağı verən bu igid həyatını canından çox sevdiyi Vətənə fəda edib.

AZƏRTAC xəbər verir ki, Vüsal Tofiq oğlu Rzayev 14 aprel 1996-cı ildə Şabran rayonunda dünyaya gəlib. 2015-ci ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və Murov dağ silsiləsində xidmətini başa vurub. Hərbi xidmətdə baş atıcı kimi fəaliyyət göstərib.

O, Vətən müharibəsi dövründə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də düşmənin mühasirəsinə düşüb. 3 gün mühasirədə ac-susuz qalıb, oktyabrın 11-də mühasirədən çıxıb. Oktyabrın 14-də Aşağı Seyidəhmədli-Qırmızıbazar istiqamətində döyüşə qatılıb və həmin döyüşdə itkin düşüb. Həmin vaxtdan dekabrın 9-na qədər haqqında heç bir məlumat alınmadığı üçün 50 gündən çox itkin kimi axtarışa verilib. Nəhayət, dekabrın 9-da onun nəşi tapılaraq ailəsinə təhvil verilib. 10 dekabr 2020-ci il tarixində Xətai rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

İndi Azərbaycan xalqı vüsalına çatan Vüsal kimi şəhidləri ilə qürur duyur, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla anılır. Bu cür tədbirlərdən biri də avqustun 12-də Vətən müharibəsinin unudulmaz şəhidlərindən olan, polad biləkli, mübariz ruhlu qəhrəmanlar sırasında adını qürurla çəkdiyimiz Vüsal Rzayevin adına Bakının Xətai rayonunda tikilən bulağın açılış mərasimi olub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, eləcə də digər idarə, müəssisə, təşkilat və ictimai birliklərin təmsilçiləri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Vətən övladlarının Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açıb, onların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən yolunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabiti Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərərək nəinki Azərbaycan, bütün dünya hərb tarixinə “44 günlük Vətən müharibəsi” başlıqlı şanlı səhifə yazdı. Bu müharibə ilə biz dünyaya haqq-ədalətin necə bərpa edilməsini, 30 illik həsrətə dözərək və nəhayət, sonda haqqımız olan Zəfəri necə qazandığımızı göstərdik. Əlbəttə ki, bütün bunlar Vətən uğrunda canını qurban vermiş igid oğullarımızın sayəsində gerçəkləşdi. Torpaq uğrunda ölən varsa, Vətəndir.”

Vüsal Rzayevin təhsil aldığı liseyin şagirdləri şəhidin xatirəsinə həsr olunmuş səhnəcikləri təqdim edib, şeirlər səsləndiriblər. Şəhidin ibtidai sinif müəllimi Vüsalın məktəb xatirələrindən, nizam-intizamından, vətənpərvərliyindən bəhs edib. Bu gün Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirmiş qəhrəman şagirdi ilə fəxr etdiyini bildirib.

Sonra isə şəhidin döyüş yoldaşları onun müharibə dövründə göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər. Vüsalın Vətənə olan bağlılığından, torpaq sevgisindən söz açıblar. Mərhumun Vətən müharibəsinin ilk günündən rəşadətli Azərbaycan Ordusunun üzvü olaraq müxtəlif döyüş tapşırıqlarını yüksək məharətlə yerinə yetirdiyini, döyüş meydanında şücaət göstərərək bir neçə məntəqəni düşmən işğalından azad etdiyini vurğulayıblar.

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, şəhidlərimiz Azərbaycanın çağdaş qəhrəmanlıq tarixini yazan qəhrəman gənclərdir: “Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, onların igid övladları canlarını Vətən uğrunda qəhrəmanlıq göstərərək fəda ediblər. Zənnimcə, bundan qürurlu heç nə ola bilməz. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğulları təkcə öz valideynlərinin deyil, hər birimizin övladı, qardaşı, əzizi və doğmasıdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin qəhrəmanlıq yolunu öyrənməli, onların şücaətindən bəhrələnməli və bu rəşadəti öz həyatı üçün böyük amal hesab etməlidir. Bu gün şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı dövlətimizin, Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzindədir. Xalqımıza Qələbə, Zəfər sevincini yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan başda olmaqla Ordumuzun bütün əsgərlərinə ürəkdən minnətdarıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm.”

Ehtiyatda olan kapitan, Qarabağ qazisi, Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov isə bildirib ki, 44 günlük Vətən müharibəsi qəhrəman şəhid və qazilərimiz sayəsində bütün dünyaya haqq uğrunda mübarizədə qələbənin necə qazanılmasını göstərib: “Ali Baş Komandanın da vurğuladığı kimi, “dəmir yumruq”la düşmənin başını əzdi. Bu şanlı Qələbəyə qədər tarixboyu belə qısa bir vaxtda bu qədər böyük ərazi işğaldan azad olunduğunu görən olmayıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah xalqımızı qorusun. Ali Baş Komandanımızı bundan sonra da atacağı addımlarda Müzəffər eləsin.”

Tədbirin sonunda iştirakçılar şəhidin bulağının önünə gül dəsətələri düzüblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır