Xətai rayonundakı orta məktəbdə Aprel döyüşlərinin ikinci ildönümü qeyd edilib
Bakı, 4 aprel, AZƏRTAC
Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Xətai rayonundakı 138 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Aprel döyüşlərində Azərbaycan Milli Ordusunun qazandığı zəfərdən danışıb. Bildirib ki, ordumuz bu döyüşlərdə tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə qadir olduğunu sübut edib.
Aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev və digər çıxış edənlər söyləyiblər ki, qazanılan qələbə sayəsində “Böyük qayıdış” prosesi başlayıb. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əhalisi öz doğma ocağına qayıdıb.
Tədbirdə şagirdlərin hazırladığı “Şəhidlər ölməz, vətən bölünməz” ədəbi-bədi kompozisiyası nümayiş olunub.